BP qazma məhlullarının təkrar emalı üçün yenilik tətbiq edir

BP qazma məhlullarının təkrar emalı üçün yenilik tətbiq edir
14.01.2026 14:48 Sənaye və energetika

BP qazma məhlulunun təkrar emalı üçün tətbiq etdiyi innovativ yanaşma nəticəsində tullantıları əhəmiyyətli dərəcədə azaldıb və əməliyyat xərclərini optimallaşdırıb.

Bu barədə TodayPress TV-yə "BP-Azerbaijan" şirkətindən məlumat verilib.

Bildirilib ki, Xəzərdə qazma əməliyyatları mürəkkəb çöküntü qatlarından keçərək 7 000 metrədək dərinliyə çata bilir. Bu mürəkkəb qazma şəraiti həm qazma yolunda, həm də quyunun keçdiyi laylar boyunca dəqiq nəzarət tələb edir. Xüsusi hazırlanmış qazma məhlulları təzyiqin idarə olunmasında, şlamların daşınmasında, qazma baltasının soyudulmasında və yağlanmasında mühüm rol oynayır. Bu məhlullar BP-nin qabaqcıl qazma məhlulları müəssisəsində (AFF) qarışdırılır, sınaqdan keçirilir və idarə olunur. Tullantı qazma məhlulu da toplanaraq emal və utilizasiya üçün bu müəssisəyə qaytarılır.

BP mütəxəssisləri məhz bu tullantı qazma məhlulunun təkrar emal və təkrar istifadə üçün yararlı olub-olmadığını müəyyən etmək üçün məlumat əsaslı metod hazırlayıblar. Bu metodda ağıllı sınaq və avtomatik təhlildən istifadə olunur. Bu yeni proses tullantı məhlulun təhlil müddətini 90 dəqiqədən cəmi 15 dəqiqəyə endirir və beləliklə sürətli və etibarlı nəticələr əldə edilməsinə və qazma əməliyyatlarının cədvələ uyğun davam etməsinə imkan yaradır. Əldə olan keçmiş məlumatlar və yalnız 2-3 əsas keyfiyyət göstəricisindən istifadə etməklə bu proqnozlaşdırıcı model 93–94 % dəqiqliklə işləyir və buna görə də məhlulun təkrar istifadə yararlılığı haqqında əminliklə və vaxtında qərar qəbul etməyə imkan yaradır.

Bu yanaşma 2023-cü ildən bəri xeyli faydalar gətirib:

* 20 000 bareldən çox qazma məhlulu təkrar emal edilib.

* Doklarda tullantıları gözləyən gəmilərin boş dayanma vaxtı azalıb.

* Tullantının tərkibindəki neft təkrar istifadə üçün ayrılıb.

* Bu yanaşma bp-nin qlobal əməliyyatlarında tətbiq edilməyə başlayıb.

Bu layihə innovasiya və əməkdaşlığın necə tullantıları azaldaraq, xərclərə qənaət edərək və səmərəliliyi artıraraq əməliyyatlarda real dəyərlər əldə etməyin mümkünlüyünü nümayiş etdirir. Bu həm də onu göstərir ki, davamlılıq yalnız düzgün seçim demək deyil - bu, ağıllı biznes qərarıdır.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər