BP "Qarabağ" yatağının işlənilməsinə dair planlarını açıqladı

BP "Qarabağ" yatağının işlənilməsinə dair planlarını açıqladı
28.11.2025 05:12 Sənaye və energetika

BP şirkəti iki mərhələli seysmik tədqiqatlar aparıldıqdan sonra "Qarabağ" yatağının mənimsənilməsi proqramının hazırlanmasına başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Qeyd edək ki, BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağının işlənməsi ilə bağlı risk servis sazişi üzrə operatordur.

B.Aslanbəyli qeyd edib ki, il ərzində şirkət yataq üzrə hazırlıq işlərini həyata keçirib və ilin sonundan başlayaraq genişmiqyaslı seysmik proqram reallaşdırılacaq:

"Bu seysmik proqram iki hissədən ibarətdir. Bunlardan biri dəniz dibi sensor qovşaqlardan istifadə edilməklə həyata keçiriləcək seysmik proqramdır. Digəri isə yüksək dəqiqlik və ultrayüksək həssaslıqlı sensorlarla aparılan seysmik proqram olacaq. Birinci seysmik proqram dekabrda başlayacaq və üç yarım - dörd ay davam edəcək".

Onun sözlərinə görə, ikinci proqram birincisi başa çatdıqdan sonra (təxminən mart-aprel aylarında) başlayacaq və 45 gün davam edəcək.

"Nəticədə, birinci seysmik proqramın nəticələrinə əsasən yataq haqqında geniş məlumatlar əldə etməyi, həmçinin geoloji qatların vəziyyəti haqqında mövcud məlumatlarımızı dəqiqləşdirməyi planlaşdırırıq. İkinci proqram isə mövcud riskləri qiymətləndirməyə və işlənmə proqramının həyata keçirilməsi və platformaların quraşdırılması zamanı gələcəkdə yarana biləcək potensial riskləri əvvəlcədən müəyyən etməyə imkan verəcək. Yalnız bundan sonra yatağın işlənmə proqramı hazırlanacaq, Azərbaycan Dövlət Neft Şirkətindəki (SOCAR) tərəfdaşlara təqdim ediləcək və təsdiqlənməsindən sonra bu proqramın həyata keçirilməsi üzrə işlərə başlanacaq. Vacib məqam odur ki, "Qarabağ" yatağında hasilat "Azəri-Çıraq-Günəşli" yatağının artıq mövcud olan infrastrukturu ilə əlaqələndiriləcək, onun həm ixrac boru kəməri şəbəkəsindən, həm də mövcud hasilat infrastrukturundan istifadə edərək vahid sistem yaradacaq", - B.Aslanbəyli bildirib.

Xatırladaq ki, 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində BP SOCAR ilə iki layihədə iştirak paylarının alınmasına dair müqavilələr imzalayıb. Birinci layihə Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km aralıda, 150-200 metr dərinlikdə yerləşən "Qarabağ" yatağıdır. İkincisi, Bakıdan 90-110 km şimal-şərqdə, 80-180 metr dərinlikdə yerləşən perspektivli "Əşrəfi-Dan Ulduzu-Aypara" (ADUA) blokudur.

Bu layihələrin hər birində BP SOCAR-dan 35 % pay alıb, qalan 65 % isə Azərbaycan dövlət şirkətində qalıb. BP hər iki layihənin operatoru kimi çıxış edəcək.

İlkin hesablamalara görə, "Qarabağ" yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır ki, bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

İlkin qiymətləndirmələrə görə, "Qarabağ" yatağında neftin geoloji ehtiyatları 60 milyon tondan çoxdur, bunlardan 21 milyon ton neft və 13 milyard kubmetr qaz çıxarıla bilən hesab olunur.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, "Qarabağ" dəniz neft yatağında pik hasilat sutkada 7,5 milyon barel, illik hasilat isə pik nöqtədə 2,7 milyard bareldən çox olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Bütün Xəbərlər