Azərbaycan Keniya ilə energetika sahəsində memorandum imzaladı - YENİLƏNDİ

Azərbaycan Keniya ilə energetika sahəsində memorandum imzaladı - YENİLƏNDİ
22.07.2025 14:06 Sənaye və energetika

Azərbaycan və Keniya energetika sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

TodayPress TV Energetika Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi arasında energetika sektorunda əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu nazir Pərviz Şahbazovun Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda keçirilən görüşü çərçivəsində baş tutub.

Görüşdə Qlobal Cənub ölkələri ilə inkişaf edən münasibətlər və Qoşulmama Hərəkatı platforması çərçivəsində Azərbaycan-Keniya əlaqələrinin dinamik xarakter aldığı qeyd edilib. Enerji sahəsində ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb. Bu kontekstdə Azərbaycanın neft-qaz sənayesində zəngin təcrübəsi, enerji təhlükəsizliyinin təminində rolu, bərpa olunan enerjinin istehsalı və ixracını əhatə edən irimiqyaslı layihələri, həmçinin Afrika ölkələrinə qədər genişlənən əməkdaşlıq coğrafiyasından bəhs edilib. Azərbaycanla Keniyanın neft-qaz, mayeləşdirilmiş təbii qaz (LNG), enerji şəbəkəsinin gücləndirilməsi, geotermal və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Bildirilib ki, Anlaşma Memorandumu iki ölkənin enerji sektorundakı qarşılıqlı maraq və potensial imkanlarına əsaslanaraq, geniş və çoxşaxəli əməkdaşlıq üçün strateji yol xəritəsini müəyyən edir. Sənəd neft və qaz, o cümlədən LNG, elektrik enerjisi və bərpa olunan enerji sahələrini, həmçinin birgə investisiyaların təşviqi, enerji şəbəkələrinin təkmilləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığı əhatə edir. Memoranduma əsasən potensial istiqamətlər üzrə Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi, həmçinin SOCAR və Keniyanın neft-qaz şirkətləri əməkdaşlıq edəcəklər. Memorandumdan irəli gələn məsələlərin icrası ilə bağlı Birgə İşçi Qrupun yaradılması nəzərdə tutulur.

***

13:44

Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

TodayPress TV xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, Keniyanın enerji və neft naziri James Opiyo Vandayi ilə onlayn formatda görüş keçirilib.

İki ölkə arasında imzalanmış sənəd neft və qaz, o cümlədən mayeləşdirilmiş təbii qaz (LNG), elektrik enerjisi və bərpa olunan enerji sahələri ilə yanaşı, birgə investisiyaların təşviqini və enerji infrastrukturunun, xüsusilə şəbəkələrin təkmilləşdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.

Bu təşəbbüs Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişləndirilməsi və yeni bazarlara çıxış imkanlarının artırılması baxımından mühüm addımdır.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər