"Azəralüminium"un ixrac gəlirləri 8 %-dən çox azaldı

"Azəralüminium"un ixrac gəlirləri 8 %-dən çox azaldı
29.08.2025 13:31 Sənaye və energetika

Bu ilin yanvar-iyul aylarında "Azəralüminium" MMC 76,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust ayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 milyon ABŞ dolları və yaxud 8,5 % azdır.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4 % artaraq 2,09 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azəralüminium" əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. Onun Gəncə Alüminium Kompleksinin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kilovoltluq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir.

Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiyalara əsaslanan, ildə 54 min ton ilkin alüminium istehsal gücündə zavodlar fəaliyyət göstərir. Kompleksdə istehsal olunan maye şəkilli ilkin alüminiumdan istifadə edərək, dünya standartlarına cavab verən Metaltökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu fəaliyyət göstərir. "Azəralüminium"un istehsal etdiyi məhsullar Avropa İttifaqı standartlarının bütün tələblərinə cavab verir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər