ARDNF "Enfinity"nin günəş enerjisi aktivlərinin 49 %-ni aldı

ARDNF "Enfinity"nin günəş enerjisi aktivlərinin 49 %-ni aldı
18.07.2025 17:53 Sənaye və energetika

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkəti, ARDNF-nin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəş fotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə 49 %-lik pay əldə etməsini nəzərdə tutan müqavilə imzalayıb.

TodayPress TV bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, müqavilənin başa çatmasından sonra “Enfinity Global” 51%-lik payını qoruyaraq və İtaliyanın bərpa olunan enerji bazarındakı güclü mövqeyini möhkəmləndirərək bu aktivlərin effektiv idarəçiliyini həyata keçirəcək.

Bu investisiya, ARDNF-nin uzunmüddətli investor kimi müəyyən edilmiş strateji hədəflərinə və mandatına uyğun şəkildə sabit və proqnozlaşdırıla bilən gəlir mənbəyi yaratmaqla yanaşı, eyni zamanda qlobal miqyasda dayanıqlı enerji keçidinə töhfə verir.

Razılaşma çərçivəsində “Enfinity Global” İtaliyadakı layihə portfelinə investisiya tərəfdaşlarını cəlb edir. Bu, şirkətə mövcud layihələr üzrə kapital dövriyyəsini təmin etməyə və İtaliya üzrə 2,6 GVt günəş enerjisi və 5,3 GVt enerji saxlama gücünə malik layihələrin həyata keçirilməsini sürətləndirməyə imkan verir. Nəticədə, şirkətin ölkədə müstəqil enerji istehsalçısı (IPP) kimi lider mövqeyi daha da möhkəmlənir.

İnvestisiya portfeli həm istismarda olan, həm də tikilməkdə olan və İtaliyanın Latsio və Emiliya-Romanya regionlarında yerləşən günəş elektrik stansiyalarını əhatə edir. İstehsal edilən elektrik enerjisinin uzunmüddətli enerji alqı-satqı müqavilələri (PPA) əsasında satışa çıxarılması nəticəsində istehlakçılar üçün sabit enerji tarifləri, investorlar üçün isə proqnozlaşdırıla bilən pul axınları təmin ediləcək. Portfel üzrə stansiyaların illik təxminən 685 milyon kilovat-saat (GVts) təmiz elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu da hər il təqribən 184,950-ton karbon-dioksid ekvivalentində (CO₂e) emissiyanın azaldılması və 250 minə yaxın İtalyan ailəsinin illik enerji tələbatının qarşılanması deməkdir.

“Enfinity Global” şirkətinin baş icraçı direktoru Karlos Domeneç bildirib: “ARDNF-i İtaliyadakı ilk müqavilə əsaslı fotovoltaik portfelimizə uzunmüddətli tərəfdaş və investor kimi cəlb etməkdən məmnunluq duyuruq. Bu investisiya bütün iştirakçı ölkələr, investorlar və istehlakçılar üçün qarşılıqlı faydalı olan davamlı enerjiyə keçidin parlaq nümunəsidir”.

ARDNF-in İcraçı direktoru İsrafil Məmmədov qeyd edib: “Enfinity Global” ilə bu strateji tərəfdaşlıq vasitəsilə ARDNF İtaliyanın artan enerji tələbatının qarşılanması üçün rəqabətqabiliyyətli və təmiz enerji təchizatına töhfə verir və eləcə də, yerli iqtisadi inkişafın və əhalinin enerji təminatının dəstəklənməsinə xidmət edir. Gələcək yönümlü institusional kapital təminatçısı olaraq İtaliya və ümumilikdə Avropada strateji investisiya imkanlarını dəstəkləməyə davam edəcəyik”.

Əməliyyat çərçivəsində “Enfinity Global” şirkətinə bir sıra məsləhətçi qurumlar dəstək göstərib. Şirkətə bu prosesdə “Mediobanca” maliyyə məsləhətçisi, “Legance” hüquqi məsləhətçi, “Fichtner” isə texniki məsləhətçi qismində xidmət göstərib.

ARDNF-i isə sözügedən əməliyyat üzrə “JLL” birləşmə və satınalmalar üzrə, “Dentons Europe Studio Legale Tributario” hüquqi, “EY” maliyyə və vergi, “DNV” isə texniki məsləhət dəstəyi ilə təmin edib.

XƏBƏR LENTİ
06 AVQUST 2026
TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 16 yaşlı gənc dənizdə BATDI - Axtarışlar aparılır 20:16 İsrail Livanın cənubuna hücumları artırır - Bir gündə 113 mərmi! 20:11 "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri AÇIQLANDI 20:03 Bütün Xəbərlər