ADY sədri: "Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq"

ADY sədri: "Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq"
01.10.2025 20:40 Sənaye və energetika

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstanda keçirilən “New Silk Way” (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində “Avrasiya məkanında dəmiryol infrastrukturunun inkişafı” adlı panel müzakirələrində iştirak edib.

TodayPress TV xəbər verir ki, müzakirələrdə Orta Dəhliz, liman və dəmir yollarının inteqrasiyası, texnoloji modernləşdirmə və tranzit imkanlarının artırılması kimi mövzular müzakirə olunub.

ADY sədri bildirib ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların əsas xətti olaraq regional nəqliyyat sistemində mühüm rol oynayır. BTQ və Zəngəzur dəhlizi birlikdə regionun tranzit imkanlarını artıraraq ticarət axınlarını dəstəkləyən vahid şəbəkə yaradacaq. 

ADY-nin cari yükdaşıma göstəricilərinə toxunan sədr bu ilin 9 ayı ərzində Çindən Orta Dəhliz vasitəsilə 296 blok-qatarın, o cümlədən 113 tranzit qatarın qəbul edildiyini vurğulayıb və bu rəqəmin ötən ilin eyni dövrünün göstəricisini (213 qatar) əhəmiyyətli dərəcədə üstələdiyini qeyd edib.

Bu ilin fevralında Bakı Limanının ADY-yə birləşdirilməsi ilə regional yükdaşımalar üçün perspektivlərin daha da genişləndiyini diqqətə çatdırıb və bu inteqrasiyanın tranzit müddətini və əlavə logistik xərcləri azaltdığını, yükdaşımaların sürət və rəqabətqabiliyyətini artırdığını bildirib.

Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri Rövşən Rüstəmov, Talqat Aldıbergenov və Laşa Abaşidze Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca darboğazların aradan qaldırılması haqqında Yol Xəritəsini imzalayıblar.

Sənədə əsasən, darboğazların aradan qaldırılması üçün infrastrukturun yaxşılaşdırılması, hərəkət tərkiblərinin yenilənməsi və əməliyyat prosedurlarının optimallaşdırılması, eləcə də Orta Dəhlizin inkişafı məqsədilə 3 ölkə arasında koordinasiyanın gücləndirilməsi, infrastruktur və əməliyyat səmərəliliyinin davam etdirilməsi və artan yük həcmlərinə hazır olmaq prioritet istiqamətlər kimi müəyyən edilib.

Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində, həmçinin 28-ci Qazaxıstan Beynəlxalq “Nəqliyyat və Logistika” Sərgisi keçirilir. Sərgidə Qazaxıstan, Azərbaycan, Türkiyə, BƏƏ, Almaniya, Çin, Latviya, Estoniya, Hindistan, Rusiya və Belarusdan olan şirkətlər iştirak edir. ADY sərgidə ayrıca stendlə təmsil olunur.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər