TƏBİB-in iki tibb müəssisəsinə yeni direktor təyin olundu

TƏBİB-in iki tibb müəssisəsinə yeni direktor təyin olundu
26.05.2026 14:58 Sağlamlıq

TƏBİB tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

TodayPress TV xəbər verir ki, müvafiq əmrlə Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyinat alıb.

Qeyd edək ki, C.Paşayev 2007-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə anesteziologiya-reanimasiya ixtisası üzrə internatura keçib. 2022-2025-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

O, 2009-2010-cu illərdə Avrasiya Klinikasında həkim-anestezioloq-reanimatoloq, 2011-2014-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, 2014-2021-ci illərdə ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya kafedrasının assistenti olub.

2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri, 2021-2024-cü illərdə Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyasının üzvü, 2022-2023-cü illərdə Yeni Klinikada direktor vəzifəsini icra edən baş həkim, 2022-2023-cü illərdə TƏBİB-in Xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyasının sədri, 2023-2024-cü illərdə isə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru kimi fəaliyyət göstərib.

Hazırkı təyinatına qədər isə "Elit-Central" Hospitalın baş həkimi vəzifəsində çalışıb.

C.Paşayev 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib. 20 elmi məqalənin müəllifidir.

Bundan başqa, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə isə Nəsirova Leylan Məhəmmədəli qızı təyin edilib.

L.Nəsirova 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2005-2006-cı illərdə Kliniki Tibbi Mərkəzdə nevropatoloq ixtisası üzrə internatura təhsili alıb.

2006-2011-ci illərdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq, 2011-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ərazi üzrə xidmət göstərən tibbi-sosial ekspert komissiyasının üzvü, daha sonra isə sədri vəzifəsində fəaliyyət göstərib.

O, 2022-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor müavini və baş həkimi vəzifələrində çalışıb.

2022-ci ildən hazırkı təyinatına qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri olub.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Bütün Xəbərlər