Orqan transplantasiyası ilə həyata qayıdan şəxs: Başqalarının da həyatını xilas edib

Orqan transplantasiyası ilə həyata qayıdan şəxs: Başqalarının da həyatını xilas edib
17.07.2025 14:17 Sağlamlıq

“Mənim həyata qayıtmağıma səbəb olan donorun ruhuna hər gün rəhmət oxuyuram. O, təkcə mənim deyil, başqalarının da həyatını xilas edib. Mən də vəsiyyət etmişəm ki, nə vaxtsa dünyamı dəyişsəm, orqanlarım ehtiyacı olan insanlara verilsin. Bu, həyatın ən mənalı hədiyyəsidir. Eyni zamanda, Səhiyyə Nazirliyinə də bu istiqamətdə gördüyü işlərə görə təşəkkür edirəm”.

TodayPress TV xəbər verir ki, bunu ölümdən sonra orqan donorluğu sayəsində həyata qayıdan Kamal Qəmbərov deyib.

Hər şey Kamalın səhhətində yaranan problemlərlə başlayıb. Halsızlıq, yorğunluq, bədəndə şişkinlik kimi əlamətlər artdıqca Kamal həkimə müraciət edib daha sonra müxtəlif analizlər və müalicə kursları keçib. Lakin vəziyyətində yaxşılaşma olmayıb, kreatinin göstəricisi normaya düşməyib. Ona hemodializ təyin olunub, lakin bu da uzunmüddətli həll deyildi. Kamalın həyatını yalnız böyrək transplantasiyası xilas edə bilərdi.

O, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək gözləmə siyahısına daxil edilib. Nəhayət, ümidverici xəbər gəlib – meyit donorun böyrəklərindən biri Kamala uyğun gəlib.

Kamal Qəmbərov Gömrük Hospitalında peşəkar həkim komandası tərəfindən nəzarətə götürülür və transplantasiya əməliyyatına hazırlıqlar başlayır. Cərrah Mircəlal həkimin rəhbərliyi ilə əməliyyat uğurla həyata keçirilir.

Hazırda Kamalın səhhəti stabildir. O, həyat tərzini tamamilə dəyişib, həkimlərin tövsiyələrinə ciddi şəkildə əməl edir:

“Əməliyyatdan sonra siqareti və digər zərərli vərdişləri tərgitmişəm. Sağlam qidalanıram, gündəlik rejimimə diqqətlə yanaşıram.”

FOTOLAR

Orqan transplantasiyası ilə həyata qayıdan şəxs: Başqalarının da həyatını xilas edib — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər