Çəkini hər gün ölçmək düzgün deyil

Çəkini hər gün ölçmək düzgün deyil
08.06.2025 20:45 Sağlamlıq

Bədən çəkisinin dəqiq göstəricilərini əldə etmək üçün gündəlik yox, həftəlik və sabit vaxtda ölçmək tövsiyə olunur.

TodayPress TV xəbər verir ki, bu barədə “Wellness Pulse” nəşrinə qlobal qidalanma üzrə ekspertlər məlumat verib.

Onların sözlərinə görə, gündəlik çəki ölçmələri çaşdırıcı ola bilər, çünki bədən çəkisi gün ərzində su balansındakı təbii dəyişikliklər səbəbilə dəyişir.

Gecə saatlarında nəfəsalma və tərləmə yolu ilə orqanizm maye itirir. Bu müddətdə insan nə yeyir, nə də içir, buna görə də səhər çəkisi daha az olur – lakin bu, yağ itkisini əks etdirmir.

“Orqanizmdəki su itkisi və ya yığılması tərəzidəki rəqəmlərə düşündüyümüzdən daha çox təsir edir. Məsələn, maye çatışmazlığı, isti hava və fiziki fəaliyyət çəkidə müvəqqəti azalma yarada bilər. Əksinə, duzlu qidalar, stress, hormonal dəyişikliklər və azhərəkətli həyat tərzi bədəndə suyu saxlayaraq çəkini artırır”, – deyə nəşrdə  bildirilib. 

Mütəxəssislər qeyd edib ki, bu cür qısamüddətli dəyişikliklər yağ kütləsində real dəyişiklik anlamına gəlmir. Ona görə də gündəlik rəqəmlərə çox önəm vermək əvəzinə, uzunmüddətli tendensiyaları izləmək daha məqsədəuyğundur. Ən obyektiv nəticə isə səhərlər, acqarına, eyni tərəzidə və eyni şəraitdə ölçülən çəkidir.

Nəşrə görə, bədən çəkisinin özü orqanizmin vəziyyətini tam əks etdirmir. Buna görə də bel çevrəsi, bel–bud nisbəti və bədəndəki yağ faizi kimi əlavə göstəricilərə də diqqət yetirmək lazımdır, çünki bunlar orqanizmin tərkibi barədə daha dolğun məlumat verir.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər