Aritmiyanın əsas risk faktorları açıqlandı

Aritmiyanın əsas risk faktorları açıqlandı
31.08.2025 18:00 Sağlamlıq

Avropa Kardiologiya Cəmiyyətinin Konqresində təqdim olunan yeni tədqiqat göstərib ki, yaşın artması və aşağı aerobik fitnes səviyyəsi gələcək ürək-damar xəstəliklərinin xəbərçisi olan ürək ritm pozuntularının (aritmiya) əsas risk faktorlarıdır. 

TodayPress TV “MedicalXpress” portalına istinadla xəbər verir ki, İsrailin Xaim Şeba Tibb Mərkəzində Amit Mosesin rəhbərliyi ilə aparılan araşdırmaya 40-65 yaş arasında, sağlam və ürək simptomları olmayan 1151 nəfər qatılıb. Onların ürək fəaliyyətləri daimi elektrokardioqrafiya (Holter monitorinqi) ilə izlənilib.

Nəticələrə görə, aşağı fitnes səviyyəsi olan şəxslərdə atrial aritmiya riski əhəmiyyətli dərəcədə yüksəkdir. 

Yaş artdıqca, xüsusilə 50 yaşdan sonra həm atrial, həm də ventrikulyar aritmiyaların yayılması artır. Təkdəyişənli və çoxdəyişənli analizlər yaş və fitnesin müstəqil risk faktorları olduğunu təsdiqləyib.

Tədqiqatçılar bildiriblər ki, ürək simptomlar risk barədə xəbərdarlıq edə bilər və vaxtında müdaxilə xəstəliyin gedişatını dəyişdirməyə qadirdir. Həmçinin gəzinti, qaçış, velosiped sürmək kimi sadə aerobik fəaliyyətləri ürək sağlamlığını qorumaqda mühüm rol oynayır.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bütün Xəbərlər