ABŞ süni intellektlə uşaq xərçənginə qarşı mübarizəni gücləndirir

ABŞ süni intellektlə uşaq xərçənginə qarşı mübarizəni gücləndirir
06.10.2025 04:00 Sağlamlıq

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti (HHS) Milli Sağlamlıq İnstitutunda (NIH) Uşaq Xərçəngi üzrə Məlumat Təşəbbüsü (CCDI) üçün maliyyəni iki dəfə artıraraq 50 milyon dollardan 100 milyon dollara yüksəldib.

TodayPress TV "Digital Health News (DHN)"a istinadən xəbər verir ki,  bu addım uşaq xərçənginin diaqnostika, müalicə və profilaktika strategiyalarını təkmilləşdirmək üçün məlumatlara əsaslanan səyləri gücləndirməyi hədəfləyir.

2019-cu ildə Prezident Tramp tərəfindən irəli sürülən təşəbbüs indi süni intellekt texnologiyasının tətbiqi ilə müalicəni sürətləndirmək üçün özəl sektor tərəfdaşlarını da əhatə edir.

Donald Tramp “Süni intellektlə uşaq xərçənginin müalicəsinin açılması” adlı sərəncam imzalayıb. HHS Katibi Robert F. Kennedy, Jr., NIH direktoru Cey Bhattacharya və Milli Xərçəng İnstitutunun (NCI) direktoru Entoni Letai prezidentin təşəbbüsünü dəstəkləyiblər.

Katib Kennedy bildirib ki, sistemlərin geridə qalması uşaq xərçəngi ilə mübarizə aparan ailələr üçün uzun müddətli çətinlik yaradır.

O, əlavə edib ki, ABŞ süni intellekt texnologiyalarından istifadə edərək müalicəni daha sürətli və effektiv edəcək.

NIH direktoru Jay Bhattacharya qeyd edib ki, uşaq xərçəngi ilə mübarizədə hər innovativ üsul və texnologiya tətbiq olunacaq. Süni intellektin istifadəsi ilə nadir və çətin müalicə olunan xəstəliklər haqqında daha ətraflı məlumat əldə etmək mümkün olacaq.

NCI direktoru Entoni Letai isə vurğulayıb ki, səylər uşaq xərçənginin riskini azaltmağa, daha yaxşı müalicə üsulları inkişaf etdirməyə və xəstə uşaqların sağ qalmasını artırmağa kömək edir.

HHS bildirir ki, süni intellektin klinik sınaqlarda tətbiqi elektron sağlamlıq qeydləri və iddia məlumatlarından maksimum istifadə etməyə imkan verəcək. Valideynlər isə övladlarının sağlamlıq məlumatlarına nəzarət etməyə davam edəcəklər.

Bu maliyyələşdirmə artımı prezidentin “Amerikanı Yenidən Sağlamlaşdırın” strategiyasına uyğun gəlir. Hesabata görə, süni intellekt uşaqlıq və gənc yetkinlik dövründə xərçəngin səbəblərini aşkar etmək, riskləri erkən müəyyən etmək və qarşısını almaq üçün istifadə olunacaq.

Xatırladaq ki, ABŞ-də uşaq xərçəngi 1975-ci ildən bəri 40%-dən çox artıb və uşaqlar arasında xəstəliklə əlaqəli ölümün əsas səbəbi olaraq qalır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 Bütün Xəbərlər