Yenilənən Qəza Çağrı Xidməti: bütün zənglər vahid mərkəzdən idarə olunur

Yenilənən Qəza Çağrı Xidməti: bütün zənglər vahid mərkəzdən idarə olunur
04.09.2025 12:59

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində biznes proseslərinin rəqəmsallaşdırılması layihəsinin bir hissəsi kimi Çağrı Mərkəzində də müəyyən işlər görülüb.

Bu barədə TodayPress TV-yə İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, 2024-cü ilin son aylarında Çağrı Mərkəzinin yenidən təşkili və zənglərin mərkəzləşdirilməsi layihəsi icra edilib. Cari ilədək rayonlardan daxil olan zənglər aidiyyəti üzrə Regional İdarələr tərəfindən cavablandırılırdısa, artıq bütün zənglər vahid Çağrı Mərkəzində birləşib. 2025-ci ilin ilk 6 ayı ərzində Çağrı Mərkəzinə 748637 zəng daxil olub ki, bunun 92%-i cavablandırılıb. Qəza çağrıları ilə bağlı ünvanlanan zənglərin isə 99,10%-i Birlik əməkdaşları tərəfindən cavablandırılıb.

Zəng vuran abonentlərin xətdə gözləmə müddəti ortalama 45 saniyədən 15 saniyəyə düşüb. Qəza çağrıları ilə bağlı zəng vuranların xətdə gözləmə müddəti isə ortalama 3 saniyə olub.

Çağrı Mərkəzinə daxil olan müraciətlər Xidmətin operatorları tərəfindən ya məlumatlandırılaraq tamamlanır, ya da icra olunması üçün birbaşa ünvanlara gedəcək əməkdaşların mobil telefonlarına və ya planşetlərinə yönləndirilir. Bu səbəbdən qəza çağrılarının ortalama həll etmə müddəti 2 dəfəyədək yaxşılaşdırılıb.

Bu proqram təminatları vasitəsi ilə yönləndirilən hər bir müraciətin həll olunması istiqamətində atılmış addımların icra statuslarına nəzarət etmək mümkündür. İş axının avtomatlaşdırılması səbəbindən statistik göstəricilərin, habelə hesabatlılığın əldə edilməsi asanlaşıb, abonent məmnunluğu təmin olunub.

TodayPress TV

FOTOLAR

Yenilənən Qəza Çağrı Xidməti: bütün zənglər vahid mərkəzdən idarə olunur — 1
Yenilənən Qəza Çağrı Xidməti: bütün zənglər vahid mərkəzdən idarə olunur — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 Bütün Xəbərlər