Son 6 ayda Türkiyəyə qaz nəqli 2 %-ə yaxın artıb

Son 6 ayda Türkiyəyə qaz nəqli 2 %-ə yaxın artıb
28.08.2025 12:23

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 5 milyard 791,89 milyon kubmetr təbii qaz ixrac edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 1,96 % çoxdur.

Bu müddət ərzində Azərbaycandan qaz ixracının ümumi həcmindən 5 milyard 520,98 milyon kubmetr uzunmüddətli razılaşma əsasında, 270.91 milyon kubmetr isə spot əsasında tədarük edilib.

Bu ilin iyun ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 19,83 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,29 % çoxdur.

Bununla da iyunda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən birinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 32,2 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Türkiyəyə 996,95 milyon kubmetr təbii qaz ixrac edib.

Təkcə iyun ayında Türkiyə ümumilikdə 3 milyard 168,39 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 36,87 % çoxdur.

İyun ayında Türkiyəyə 2 790,76 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub, 377,63 milyon kubmetr isə mayeləşdirilimiş təbii qazın payına düşüb.

İyunda Türkiyəyə qaz ixracına görə ikinci yeri Rusiya tutub. Ay ərzində Rusiyadan Türkiyəyə 970,59 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 3,2 dəfə çoxdur.

İyunda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 697,07 milyon kubmetr qaz nəql edib. 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 7,01 % artıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Bütün Xəbərlər