SOCAR-ın gəlirlilik səviyyəsi 2025-2026-cı illərdə sabit qalacaq

SOCAR-ın gəlirlilik səviyyəsi 2025-2026-cı illərdə sabit qalacaq
12.07.2025 13:45

“Mood’s” reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəlirlilik səviyyəsinin 2025-2026-cı illərdə sabit qalacağını proqnozlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Mood’s” reytinq agentliyi məlumat yayıb.

Agentliyə görə, SOCAR üçün makroiqtisadi mühit yaxşılaşıb, digər yandan hökümətin zərurət yarandıqda şirkətə dəstək göstərməsi üçün maliyyə potensialı güclənib ki, bu da şirkətin kredit reytinqi üçün müsbət faktor hesab olunur.

"Brent markalı neftin orta qiymətinin 2022-ci ildəki 101 ABŞ dolları səviyyəsindən 2023–2024-cü illərdə 81–83 dollara qədər enməsi fonunda SOCAR-ın maliyyə göstəriciləri əvvəlki rekord səviyyə ilə müqayisədə zəifləsə də, ümumilikdə dayanıqlı olaraq qalır. Moody's tərəfindən düzəliş edilmiş EBITDA marjası 2023-cü ildə 9,1%, 2024-cü ildə isə 10,1% təşkil edib. Müqayisə üçün, bu göstərici 2022-ci ildə 11,8%, 2021-ci ildə 8,7%, 2020-ci ildə isə 6,2% idi. SOCAR eyni zamanda sabit əməliyyat pul axını, orta səviyyəli kapital xərcləri və məhdud dividendlər sayəsində ardıcıl dördüncü ildir ki, müsbət azad pul axını (FCF) generasiya edir. Şirkətin gəlirliliyinin və pul axınıın 2025–2026-cı illərdə də sabit qalacağını gözləyirik", – deyə Moody’s-in bəyanatında bildirilir.

Şirkətin ümumi borc yükü (gross leverage) 2022-ci ildəki 1,5x göstəricisindən 2023-cü ildə 2,4x-ə, 2024-cü ildə isə 2,9x-ə yüksəlib. Lakin bu göstərici 2021-ci ildəki 3,4x və 2018–2020-cü illərdəki orta 5,2x səviyyəsindən aşağıdır. 2024-cü ildə borc yükünün artması, “Southern Gas Corridor” CJSC (SGC, Baa3 reytinq, müsbət proqnoz) şirkətinin konsolidasiyası ilə bağlıdır. Belə ki, həmin ilin maliyyə hesabatına SGC-nin bütün borcu və demək olar ki, bütün gəliri daxil edilib.

"2025-ci ildə neftin bir barelinin 67 ABŞ dolları, 2026-cı ildə isə 65 dollar olacağı proqnozu ilə ümumi borc yükünün növbəti 18 ay ərzində 3,0x-dən aşağı səviyyədə qalacağı gözlənilir. Azad pul axınının xalis borca nisbəti (RCF/net debt) də 2025–2026-cı illərdə təxminən 30% səviyyəsində sağlam göstəricisini qoruyub saxlayaca, hərçənd, əvvəlki illərlə müqayisədə bir qədər aşağı olacaq. Nəhayət, balans hesabatında borcun kapitala nisbəti tədricən yaxşılaşaraq 2026-cı ildə təxminən 25%-ə çatacaq. Bu göstərici 2022–2024-cü illərdə 35%, 2019–2021-ci illərdə isə 40%-dən çox olub", – reytinq agentliyi qeyd edib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 Bütün Xəbərlər