EIA Azərbaycanda neft hasilatı proqnozunu dəyişmədi

EIA Azərbaycanda neft hasilatı proqnozunu dəyişmədi
09.07.2025 09:30

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2025-ci il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib.

TodayPress TV xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın iyul ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 570 min barel təşkil edəcək (iyun ayı proqnozu - 570 min barel).

Bu ilin ikinci rübündə neft hasilatının sutkada 570 min barel olub. Ötən ay bu ilin ikinci rübü üçün verilən proqnoz eyni olub.

Bu ilin üçüncü rübündə neft hasilatının sutkada 560 min barel olacağı gözlənilir. İyunda həmin rüb üçün verilən proqnoz eyni olub.

Bu ilin dördüncü rüblərində neft hasilatının sutkada 560 min barel olacağı gözlənilir ki, iyunda həmin rüb üçün verilən proqnoz da 560 min barel təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin birinci rübündə neft hasilatı sutkada 600 min barel, ikinci və üçüncü rüb üçün 590 min barel, dördüncü rübdə isə 600 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 600 min barel səviyyəsində olub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər