Britaniya Azərbaycanda qızıl hasilatı üzrə proqnozunu kəskin artırdı

Britaniya Azərbaycanda qızıl hasilatı üzrə proqnozunu kəskin artırdı
10.10.2025 10:07

Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən mədən şirkəti "Anglo-Asian Mining Plc." 2025-ci ildə qızıl hasilatı üzrə proqnozunu 25-28 min unsiyaya qədər artırıb.

Bu barədə TodayPress TV-yə şirkətdən bildirilib.

Qeyd edilib ki, yeni mədənlərin – Gilar və Dəmirli yataqlarının istismara verilməsi fonunda "Anglo Asian"ın illik istehsal həcmi əhəmiyyətli dərəcədə artacaq. Şirkət həmçinin mis hasilatı üzrə proqnozunu bu il üzrə 8 100 – 9 000 tona kimi artırıb. Bu göstəricilər 2024-cü ilin real nəticələri ilə müqayisədə müvafiq olaraq 87% və 24 dəfə artım deməkdir. Ötən il şirkət cəmi 15 073 unsiya qızıl və 377 ton mis hasil etmişdi.

Hasilatda artım şirkətin dövriyyəsini 125 – 140 milyon ABŞ dollarına, əsas hasilat fəaliyyətindən gəlirlərini (EBITDA) isə 40 – 50 milyon ABŞ dollarına çatdıracaq.

Şirkət bildirib ki, Dəmirli yatağında hasilat iyul ayında başlayıb və zavod tam layihə gücünə çatmaq üzrədir. Gilar yatağında isə yüksək keyfiyyətli zonalardan hasilat aparılır — filizin tərkibi 3,5–4% mis və ton başına 2 qram qızıl təşkil edir. Bu səbəbdən “Gedabək” flotasiya zavodunda ikinci avtomatlaşdırılmış filtr pres quraşdırılıb və zavodun genişləndirilməsi üzrə işlər davam edir.

"Yüksək keyfiyyətli filiz hazırda anbara yığılır və 2026-cı ilin əvvəlində genişləndirilmiş zavodda emal ediləcək. Bu, həm 2025, həm də 2026-cı ilin hasilat göstəricilərinə müsbət təsir göstərəcək" - açıqlamada əlavə edilib.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər