"Azəriqaz" İB-nin baş direktoru Qəbələ rayonunda vətəndaş qəbulu keçirdi

"Azəriqaz" İB-nin baş direktoru Qəbələ rayonunda vətəndaş qəbulu keçirdi
16.05.2025 16:46

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Qəbələ rayonunda baş tutub.

TodayPress TV xəbər verir ki, Qəbulda "Azəriqaz" İB-nin rəhbərliyi ilə yanaşı, Birlik yanında İctimai Şuranın sədri Elçin Salmanov da iştirak edib.

Baş direktor Qəbələ, Oğuz, Şəki, Balakən, Bərdə və Şamaxı rayonlarından qəbula üz tutan 27 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.

Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıblar.

Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahat verib.

Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

FOTOLAR

"Azəriqaz" İB-nin baş direktoru Qəbələ rayonunda vətəndaş qəbulu keçirdi — 1
"Azəriqaz" İB-nin baş direktoru Qəbələ rayonunda vətəndaş qəbulu keçirdi — 2
"Azəriqaz" İB-nin baş direktoru Qəbələ rayonunda vətəndaş qəbulu keçirdi — 3
"Azəriqaz" İB-nin baş direktoru Qəbələ rayonunda vətəndaş qəbulu keçirdi — 4
XƏBƏR LENTİ
15 IYUN 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Bütün Xəbərlər