Azərbaycan və Şimali Makedoniya enerji sahəsində əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Şimali Makedoniya enerji sahəsində əməkdaşlığı müzakirə etdi
17.06.2025 14:51

Azərbaycan və Şimali Makedoniya arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.

TodayPress TV Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazov ilə Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub. Son illərdə Azərbaycanla Şimali Makedoniya arasında siyasi və iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.

Ötən ildən etibarən Azərbaycandan Şimali Makedoniyaya təbii qaz təchizatının uğurla davam etdirildiyi, bu əməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsinə maraq göstərildiyi və enerji tərəfdaşlığının inkişafına Şimali Makedoniya parlamenti tərəfindən tam dəstək ifadə olunduğu bildirilib.

Söhbət zamanı Azərbaycan tərəfindən Avropa İttifaqı və üzv ölkələrlə həyata keçirilən enerji layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, “yaşıl enerji dəhliz”ləri və bərpa olunan enerji mənbələrinin inkişafı barədə məlumat verilib. Azərbaycanın 2027-ci ilə qədər ölkə üzrə quraşdırılmış enerji gücündə bərpa olunan mənbələrin payını 33 %-ə, 2035-ci ilə qədər isə 44 %-ə çatdırmaq planları və Avropa bazarına “yaşıl enerji” ixracı istiqamətində atılan addımlar müzakirə olunub. Bu kontekstdə “yaşıl enerji” tədarükü imkanları da dəyərləndirilib.

FOTOLAR

Azərbaycan və Şimali Makedoniya enerji sahəsində əməkdaşlığı müzakirə etdi — 1
Azərbaycan və Şimali Makedoniya enerji sahəsində əməkdaşlığı müzakirə etdi — 2
Azərbaycan və Şimali Makedoniya enerji sahəsində əməkdaşlığı müzakirə etdi — 3
XƏBƏR LENTİ
31 IYUL 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Bütün Xəbərlər