Azad edilmiş ərazilərdə ümumi gücü 5 000 kVt-dan çox olan günəş panelləri quraşdırıldı

Azad edilmiş ərazilərdə ümumi gücü 5 000 kVt-dan çox olan günəş panelləri quraşdırıldı
20.10.2025 11:07

Azərbaycanın azad edilmiş ərazilərində 1 500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Energetiklər Günü ilə bağlı rəsmi qəzetdə dərc edilmiş məqaləsində deyilir.

Nazir bildirib ki, orada 200-dən artıq günəş kollektoru, 3000-dən çox enerji səmərəli işıq dirəyi, 20 elektrik doldurma məntəqəsi və "ağıllı" dayanacaqlar istifadəyə verilib: "Xüsusilə binaların və fərdi evlərin tikintisində enerji səmərəliliyi prinsipinə ciddi əməl olunur. Bu tədbirlər davamlı xarakter daşıyır və bütün səylərimiz innovativ təcrübənin geniş tətbiqi ilə azad edilmiş əraziləri enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə yönəlib".

P.Şahbazov deyib ki, bərpa olunan enerjinin texniki potensialı 21-29 QVt, iqtisadi potensialı isə 5,8-6,9 QVt həcmində qiymətləndirilən Naxçıvanda da inkişaf prosesi dövlət başçısının "yaşıl enerji" zonası ilə bağlı strateji baxışına uyğun şəkildə həyata keçirilir: "Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi "Yaşıl Enerji Zonası" Konsepsiyası və onun icrasını təmin edən Tədbirlər Planı hazırlanıb. Konsepsiya Naxçıvanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə infrastrukturunun qurulmasını, enerji ixrac imkanlarının artırılmasını və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Konsepsiya Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir".

Nazir qeyd edib ki, 2026-2030-cu illər üzrə 4 əsas sahədə müəyyənləşdirilmiş 12 prioritet istiqamət enerji sahəsində həm strateji, həm də sektorlararası yanaşmanı əks etdirir: "Sənaye sektorunda enerji səmərəliliyinin artırılması və "yaşıl enerji"nin tətbiqi, sənaye miqyaslı bərpa olunan enerji layihələrinin reallaşdırılması əsas hədəflərdəndir. Nəqliyyat sektorunda dekarbonizasiya, "ağıllı infrastruktur"un təşkili və elektromobillərə keçidin təşviqi nəzərdə tutulur. Tikinti və şəhərsalma sahəsində ekoloji dayanıqlıq və resurs səmərəliliyi, kənd təsərrüfatında isə bioenerji imkanları və "yaşıl texnologiya"ların tətbiqi prioritetləşdirilir".

O vurğulayıb ki, hazırda Naxçıvanda bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin quraşdırılmış gücündə 44 %, istehsalında isə 48 % təşkil edir: "Yaxın perspektivdə 50 MVt gücündə günəş elektrik stansiyasının, eləcə də 51,6 MVt gücündə Tivi və Ordubad su elektrik stansiyalarının istismara verilməsi ilə bu göstəricilərin daha da artacağı gözlənilir. Həmçinin bərpa olunan enerji layihələri üçün nəzərdə tutulan torpaq sahələrində əsasən ixrac məqsədilə 3 QVt-dan artıq günəş və külək enerjisi istehsal gücünün yaradılması mümkündür".

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər