Zərərçəkmiş şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir

Zərərçəkmiş şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir
10.07.2025 14:13

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi iyulun 10-da işini Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində zərər çəkmiş şəxslərin ifadələri ilə davam etdirib.

TodayPress TV xəbər verir ki, zərərçəkmiş şəxs Vüqar Eminov ifadəsində 1994-cü il aprelin 25-də Ağdam rayonunun Güllücə kəndində əsir götürüldüyünü, əsirlik müddətində Şuşa həbsxanasında, Xankəndidəki xüsusi rejimli təcridxanada saxlanıldığını bildirib.

O deyib ki, əsirlik müddətində özü və digər azərbaycanlı əsir-girovlar işgəncələrə məruz qalıb, armatur və digər ağır əşyalar ilə döyülüb, bədənlərinə elektrik cərəyanı verilib.

O, digər azərbaycanlı əsir və girovlarla birlikdə işləmək üçün Xocavənd rayonunun Ağbulaq kəndinə aparılıb, 1995-ci il oktyabrın 9-da Qadir və Bayram adlı azərbaycanlı əsir-girovla oradan qaçıb. Oktyabrın 22-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazilərə keçməklə əsirlikdən xilas olub.

Zərərçəkmiş şəxs İmran Quliyev ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalını ağır zirehli texnika və silahlardan atəşə tutub yandırmağa başladıqlarını, soyqırımı zamanı qardaşı Zakirin, bacısı Zöhrənin qətlə yetirildiyini bildirib. O deyib ki, düşmən bacısı Zöhrənin meyitini götürməyə imkan verməyib. Bacısının nəşini üç gün sonra götürə bilib. Qardaşı isə hələ də itkindir. İ.Quliyev isə özü də yaralanıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

XƏBƏR LENTİ
02 AVQUST 2026
Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Bütün Xəbərlər