Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
15.07.2025 23:20

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə keçirilib.

TodayPress TV "APA"ya istinadən xəbər verir ki, 2001,2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri üzrə təqsirləndirilən Məzahir, Ayaz, Akif, Bakir və Kamal Səfərovlar, Əhliman Gənciyev, Şahid Lalayev və Əziz Abbasov barəsində həbs qətiimkan tədbirinin uzadılmasına baxılıb.

Məhkəmə saxlanılan şəxslərin hamısı barəsində həbs qətiimkan tədbirinin daha üç ay müddətinə uzadılması barədə qərar verib, azərbaycanlıları oktyabrın 19-dək həbsdə saxlayıb.

Məhkəmə prosesləri qapalı, medianın iştirakı olmadan keçirilib. Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun əməkdaşları proseslərdə iştirak ediblər.

İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi və Rosqvardiya Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib, 10-dan çox şəxsi saxlayıblar. Saxlanılan şəxslər Rosqvardiyanın idarəsinə gətirilərək onlara işgəncə verilib. Nəticədə iki Azərbaycan vətəndaşı - Ziyəddin Səfərov və Hüseyn Səfərov ölüb, bir neçə nəfər yaralanıb.

XƏBƏR LENTİ
06 AVQUST 2026
Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 16 yaşlı gənc dənizdə BATDI - Axtarışlar aparılır 20:16 İsrail Livanın cənubuna hücumları artırır - Bir gündə 113 mərmi! 20:11 "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri AÇIQLANDI 20:03 "Araz-Naxçıvan"ın sabiq futbolçusu "Səbail"ə transfer edildi 19:50 Ceyhun Bayramov Kirill Budanovla regional təhlükəsizliyi müzakirə edib 19:47 Quba-Bakı yolunda qəza baş verdi - VİDEO 19:35 7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir 19:30 Netanyahu və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər 19:24 Bütün Xəbərlər