Tovuzda tövlə yandı, mal-qara tələf oldu

Tovuzda tövlə yandı, mal-qara tələf oldu
14.08.2025 20:20

Tovuzda tövlədə yanğın olub, 4 baş iri buynuzlu mal-qara tələf olub.

TodayPress TV xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib.

Kənd sakininə məxsus ümumi sahəsi 160 kvadratmetr mal tövləsində anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı mal tövləsinin 100 kvadratmetrinin yanar konstruksiyası yanıb, 60 kvadratmetri yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Yanğın nəticəsində tövlənin yaxınlığında olan 400 ədəd ot bağlamasının  200 ədədi də yanıb. Otun qalan hissəsi isə mühafizə olunub. Tövlədə olan 6 baş mal-qaranın 4-ü tələf olub, 2 baş mal-qara FHN əməkdaşları tərəfindən xilas edilib. Yanğın söndürülüb,ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın hadisəsi ilə bağlı araşdırmaya başlanılıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər