Təfəkkür Universitetinin prorektorunun qətlində təqsirləndirilənlə bağlı qərar verildi

Təfəkkür Universitetinin prorektorunun qətlində təqsirləndirilənlə bağlı qərar verildi
04.12.2025 11:06

Keçmiş Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyevin sifarişi ilə həmin ali təhsil müəssisəsinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Dəyanət Quliyevin kassasiya şikayəti təmin edilməyib.

TodayPress TV xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində olan aşağı instansiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayət işində təqsirli bilinən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev 14 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Hökmdən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, həmin vaxt Təfəkkür Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini qohumu Dəyanət Quliyevə sifariş verib. D.Quliyev isə cinayəti qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
İran, ABŞ və Qətər nümayəndələri arasında üçtərəfli görüş başladı 16:00 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İordaniya Kralı Azərbaycana səfərə dəvət edildi 14:30 Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etdi 14:32 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Bütün Xəbərlər