Saxta profillərlə kartlardan pul oğurlayan şəxs həbs edildi

Saxta profillərlə kartlardan pul oğurlayan şəxs həbs edildi
31.07.2025 10:31

Azərbaycanda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı həbs edilib.

TodayPress TV xəbər verir ki, Azərbaycanda uzun müddətdir ailəsi ilə yaşayan və oturum hüququ alan Ertoğrul Akdemir ölkədə fəaliyyət göstərən bankların adından saxta profillər yaradaraq elanlar paylaşıb.

Məlumata görə, həmin profillərdə paylaşılan elanlarda göstərib ki, banklar xüsusi kampaniyalar keçirir. Həmçinin bahalı hədiyyələri də qazanc kimi göstərib.

Sosial şəbəkə istifadəçiləri kampaniyalara qoşulmaq üçün müəyyən linklərə daxil olaraq, şəxsi məlumatlarını, eləcə də kart hesablarının detallarını orada qeyd ediblər.

Ertoğrul Akdemir və onunla əlbir olan şəxslər həmin bank kartlarına daxil olaraq, müxtəlif məbləğdə pullar oğurlayıblar.

İş üzrə ümümi zərər 78 min manatdır.

Bu məbləğin bir qisminə təqsirləndirilən şəxs kriptovalyuta alıb. Qalan pulları isə tanışlarının nömrələrinə M10 vasitəsi ilə köçürərək, sonradan nağdlaşdırıb.

Ertoğrul Akdemir barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Ertoğrul Akdemir törətdiyi əməlləri etiraf edib. İş üzrə zərərçəkən şəxslər təqsirləndirilən şəxsə qarşı şikayətçi olaraq pullarını tələb ediblər.

İş üzrə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək Ertoğrul Akdemirin 7 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Təqsirləndirilən şəxsin vəkili Eynulla Vəliyev müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib: “Təqsirləndirilən şəxsin ailəsi Vətən müharibəsi dövründə orduya dəstək məqsədilə ciddi işlər görüb. Bu barədə məhkəməyə sənədlər təqdim edəcəyəm”.

Məhkəmə prosesi sentyabrın 10-da davam edəcək.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Bütün Xəbərlər