Sabiq idarə rəisinin məhkəməsində ittiham aktı elan olundu

Sabiq idarə rəisinin məhkəməsində ittiham aktı elan olundu
28.07.2025 16:41

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kaiptan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Şükurovun vəkilləri vəsatət verib.

Onlar təqsirləndirilənin eşitmə ilə bağlı ciddi problemi olduğuna görə şüşə arxasından çıxarılaraq vəkillərinin yanında əyləşməsini xahiş ediblər.

Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu bildirərək təmin edilməməsini təklif edib.

Məhkəmə vəsatəti təmin edib.

Prosesin davamında dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.

İttihama görə, Ramin Şükürov vəzifədə olarkən Xalid Əzimov və Emil Nəbiyev ilə birgə çağırışçılardan rüşvət alıblar. Belə ki, onlar çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək və s. adlarla ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaiti alıblar.

Əlavə olaraq, Ramin Şükürov öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik etmək üçün ondan 30 min manat rüşvət almaqda da ittiham olunur. O, eyni əmələrlə çağırışçılar - Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdən 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət istəyib.

Təqsirləndirilənlər özlərini təqsirli bilməyiblər.

Növbəti prosesdə şahidlərin dindirilməsinə qərar verilib və proses sentyabrın 1-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər