Qaradağda palçıq vulkanının aktivliyi dayandı - YENİLƏNDİ

Qaradağda palçıq vulkanının aktivliyi dayandı - YENİLƏNDİ
11.10.2025 15:48

Hazırda Qaradağ rayonundakı Otman Bozdağ palçıq vulkanında baş vermiş püskürmənin aktivliyi dayanıb.

Bu barədə TodayPress TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir.

Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər.

Xatırladaq ki, Otman Bozdağ palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxildir. Azərbaycanın aktiv palçıq vulkanlarından hesab edilən təbiət hadisəsində son püskürmə 2018-ci il sentyabrın 23-də qeydə alınıb.

TodayPress TV

***

14:12

Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında oktyabrın 11-də püskürmə qeydə alınıb.

Bu barədə TodayPress TV-yə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsindən məlumat verilib.

Bildirilib ki, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.

İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.

Üçüncü faza püskürmə isə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib.

Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olub.

Qeyd edək ki, vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.

TodayPress TV

***

10:21

Bakının Qaradağ rayonunda palçıq vulkanı püskürüb.

TodayPress TV xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında oktyabrın 11-i saat 08:27-də püskürmə hadisəsi qeydə alınıb:

"Hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır".

Fövqəladə Hallar Nazirliyindən TodayPress TV-yə daxil olan məlumatda isə Qaradağ rayonunun Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi ilə bağlı Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirildiyi qeyd olunub:

"Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib. Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür".

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 İordaniya Kralı Azərbaycana səfərə dəvət edildi 14:30 Prezident İordaniyanın Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul etdi 14:32 İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 11:24 Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var 11:22 Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə getdi 10:54 Bu ölkədə qırmızı XƏBƏRDARLIQ edildi - SƏBƏB 09:20 Gəncədə evdən meyit tapıldı 09:18 Bütün Xəbərlər