Qanunsuz söküntü aparan iş icraçısı həbsdən azad olundu

Qanunsuz söküntü aparan iş icraçısı həbsdən azad olundu
17.06.2025 12:24

Bakıda qanunsuz olaraq vətəndaşın evini sökməkdə təqsirləndirilən “Pilot-16” MMC-nin iş icraçısı Əlisahib Əzizovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub və aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilib. Əlisahib Əzizova yaşayış yerini tərk etməmək şərtilə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən, Əlisahib Əzizov 4 il müddətə şərti azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişdirərək Əlisahib Əzizovun 4 il müddətə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

O, Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma), 186.2.2 (Özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

(APA)

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər