Qaçaqmalçılar saxlanıldı

Qaçaqmalçılar saxlanıldı
04.09.2025 15:03

Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi,  narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun birgə məlumatında bildirilib.

Tədbirlərin davamı kimi, dövlət sərhədini pozmaqla Xəzər dənizindən Azərbaycan Respublikası ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən mütəşəkkil qaçaqmalçı qrupun üzvləri saxlanılıb. 

Belə ki, sentyabrın 4-də saat 00:25-də Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında – Neftçala rayonu istiqamətində sürətlə hərəkət edən naməlum üzmə vasitəsi müşahidə olunub. Sərhəd gəmiləri tərəfindən dərhal təqibetmə əməliyyatı həyata keçirilərək sahil xəttinin qapadılması üzrə zəruri tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış və təqibetmə tədbirləri zamanı sərhəd gəmisinin işıq və səs siqnallarından  istifadə edilməklə “Dayan” komandası verilərək xəbərdarlıq atəşi açılsa da, sərhəd pozucuları Azərbaycanın ərazi sularını tərk etməyə cəhd göstərdiyindən onların saxlanılması məqsədi ilə üzmə vasitəsinin mühərrik hissəsi hədəfə alınmaqla atəş açılıb. 

Üzmə vasitəsində baş vermiş yanğın səbəbilə hər iki şəxs bağlamalarla birlikdə özlərini dənizə atsa da, keçirilmiş xilasetmə tədbirləri nəticəsində sərhəd pozucuları sudan çıxarılaraq yaralıya ilkin tibbi yardım göstərilib, “Yamaha-200” markalı “Layner” tipli üzmə vasitəsində baş vermiş yanğın söndürülüb, dənizə atılmış bağlamada isə ümumi çəkisi 11 kiloqram 850 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

İlkin araşdırma nəticəsində sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1994-cü il təvəllüdlü Qulreza Cavad Alireza və 1996-cı il təvəllüdlü Bordbar Milad Mansur olduqları müəyyən edilib.

Faktla bağlı Dövlət Sərhəd Xidmətində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluqla birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
DÇ-2026: İsveçrə Bosniya və Herseqovina üzərində qələbə qazandı 01:01 "Bank of America" neft qiymətinin artım proqnozunu azaltdı 21:43 Neft bazarında canlanma – Bu ölkəistehsalı 2 milyon barelə qədər artıracaq 22:20 Tramp İsrail və Livana çağırış ETDİ 23:50 Gəmilər üçün rüsumlar tamamilə ləğv edilir? - Hörmüzdə sülh dalğası 23:41 Astarada dəhşətli qəza: Ölən və yaralananlar var 22:56 ABŞ Livanda sülhü gecikdirənləri hədəf aldı - Maliyyə Nazirliyi yeni siyahını açıqladı 23:23 Avropa İttifaqında ən bahalı ölkə müəyyənləşdi 22:40 Ukrayna eyni anda 13 bölgəyə PUA yağdırdı - Nazirlikdən rəsmi açıqlama 23:12 Moskvaya PUA hücumu: İki Azərbaycan vətəndaşı yaralandı 22:59 Xameneidən diqqətçəkən etiraf: Memoranduma tərəddüdlə razılıq verdim - YENİLƏNİB 21:53 Prezident işsizlik səviyyəsindən danışdı - Diqqət mərkəzində olacaq 22:31 Bakı–Naxçıvan reysləri ləğv edildi - SƏBƏB 22:36 Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair paylaşım etdi 22:34 Çexiya və CAR oyununun ən yaxşısı açıqlandı 22:30 “Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova 21:40 DÇ-2026: Çexiya və CAR növbəti mərhələyə çıxmaq şanslarını qorudular 22:03 Küveyt müharibədən əvvəlki səviyyəyə qayıdır - qlobal bazara 2 milyon barrel neft... 22:00 Cəlilabadda faciə: Elektriki “tok” vurub öldürdü 21:09 Neymar həmin matçda oynamayacaq 20:57 Politoloqdan xəbərdarlıq: Tehran regionda sərt reaksiyalarını davam etdirəcək 21:27 Trampın Tehrana qarşı böyük blokadası BİTDİ! - "ABŞ İran gəmilərinə mane olmur" 21:21 Bakıda mühüm sənəd qəbul edildi 20:36 Tramp İrana 300 milyard dollar verəndir? - Təkzib etdi, özü də necə... 21:17 “Yalnız bir cavab alırdıq: “Gedin razılaşın” - İlham Əliyev 21:05 Bütün Xəbərlər