Paşinyan, "Minsk qrupu üzvləri", Kaspşik, Ermənistanın XİN başçısının şahid kimi dindirilməsi məhkəmədən xahiş edildi

Paşinyan, "Minsk qrupu üzvləri", Kaspşik, Ermənistanın XİN başçısının şahid kimi dindirilməsi məhkəmədən xahiş edildi
22.09.2025 18:05

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər.

TodayPress TV xəbər verir ki, təqsirləndirilən David Manukyan söz alaraq Ermənistan Respublikasının vətəndaşı Nikol Vova oğlu Paşinyanın (Baş nazir Nikol Paşinyan nəzərdə tutulur – red.) şahid qismində çağırılmasını, yaxud videokonfrans vasitəsilə məhkəmə prosesinə qoşulmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Babayan "ATƏT-in Minsk qrupunun həmsədrləri"nin, xüsusilə də səfir Anjey Kaspşikin, habelə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhkəməyə şahid qismində cəlb olunmasını hakimdən xahiş edib.

"O adamlar bizi tanıyırlar və birbaşa əlaqədə olmuşuq. Onlar çox yaxşı şahid olarlar", - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs Davit İşxanyan vaxtilə Azərbaycan ərazilərində olmuş Rusiya sülhməramlılarının 6 generalının - general Muradov, general Kosabokov, general Anaşkin, general Volkov, general Lentsov və general Kulakovu burda şahid qismində cəlb olunmasını məhkəmədən xahiş edib.

"Mənim onlara bir sıra suallarım var. Onlar burda olan 15 nəfərlə birbaşa və yaxud bilavasitə əlaqədə olublar. Yenidən təkrar edirəm: birbaşa və yaxud bilavasitə. Düşünürəm ki, məhkəmənin də onlara sualları olar. Əgər alınmasa belə, onların burada iştirakını videobağlantı vasitəsilə təmin edəsiniz", - deyə o əlavə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, hazırkı mərhələdə ittiham tərəfinin təqdim etdiyi sənədlər tədqiq olunur.

Bundan başqa, adları qeyd olunan şəxslərlə bağlı isə qeyd edib ki, məhkəməyə dəvət olunması xahiş edilən həmin şəxslərin təqsirləndirilən şəxslərə verilmiş və hazırda məhkəmədə baxılan ittihamlarla əlaqəsi yoxdur.

Odur ki, onların məhkəmədə şahid qismində və ümumiyyətlə hər hansı bir digər şəxs qismində dindirilməsinə zərurətin olmaması vurğulanıb.

Qeyd olunanlara əsasən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə iclasına sədrlik edən tərəfləri dinləyərək verilmiş vəsatətin rədd olunması haqqında qərar qəbul edib.

Qərarı əsaslandıran zaman sədrlik edən qeyd edib ki, müdafiə tərəfi vəsatətdə hansı halların araşdırılması, bu halların ittihamla bağlılığı və s. əhəmiyyət kəsb edən halları göstərməyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər