Narkotiklərlə əlaqədar 7 nəfər tutuldu

Narkotiklərlə əlaqədar 7 nəfər tutuldu
04.06.2025 15:18

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində narkokuryerlik fəaliyyəti ilə məşğul olan paytaxt sakinləri – əvvəllər məhkum olunmuş 43 yaşlı İlyas Hüseynzadə, 32 yaşlı İlkin Əliyev, 49 yaşlı Fəxrəddin Kazımov, 31 yaşlı Gülağa Cəfərov, 32 yaşlı Nərgiz Quliyeva, 57 yaşlı Şirzad Şirinov və 39 yaşlı Anar Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.

Onlardan ümumilikdə 18 kiloqram narkotik vasitə – heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

İlkin istintaq zamanı şübhəli şəxslər ifadələrində narkokuryerliyə sosial şəbəkələr vasitəsilə tanış olduqları İran vətəndaşları tərəfindən cəlb edildiklərini və bu fəaliyyətə yüksək məbləğdə pul vədi ilə razı olduqlarını bildiriblər.

Qeyd edək ki, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən cəmi 56 kiloqram narkotik vasitə çıxarılıb.

Faktlarla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər