Milyonluq dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı

Milyonluq dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı
03.10.2025 11:53

İş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dəymiş 2 milyon 500 min manat dəyərindəki ziyanın Əbülfəz Babayevə tam ödənildiyi məlum olub.

O da əlavə olunub ki, zərərçəkmişlə barışıq əldə olunub və hazırda Ə.Babayevin şikayəti, tələbi yoxdur.

Prosesin davamında təqsirləndirilən şəxslər son söz deyib. Onlar özlərini təqsirli bilməyərək məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş ediblər.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əliyar Abbasov və Xəyalə Hüseynovaya 10 il 6 ay, Ümid Abbasova 8 il 6 ay, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı və Ramal Əzimova isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən Əliyar Abbasovun cəzası 3 il, digərilərinin cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Babayev "Olympus" şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər "ARB" televiziya şirkətinin də içərisində mövcud olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini satmaq adı ilə qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Gecə şəhəri səsə boğan motosikletçilərə qarşı əməliyyat keçirildi 18:44 Çayda itkin düşən gəncdən xəbər var 18:19 Kür çayında yeniyetmə qız itkin düşdü - Fövqəladə Hallar hərəkətə keçdi 17:54 Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ! Avqustun 10-da… 17:22 Müctəba Xameneinin görüntüləri köhnə imiş 17:12 Hövsan susuz qaldı 16:51 Bakıda güclü yanğın - VİDEO 16:36 Sabah çimərliklərdə hava necə olacaq? 16:02 "Milan" Leandro Paredesə rəsmi təklif göndərdi! 15:32 Müctəba Xamenei və Pezeşkian nəyi müzakirə etdilər? - DETALLAR 15:26 Husilər Moxa limanını raket ATƏŞİNƏ TUTDU! 15:04 Azərbaycanın basketbolçu qızları Norveçə ŞANS VERMƏDİ 14:20 Çingiz Əlioğlu vəfat etdi 14:16 "Hazırda danışıqlar aparmırıq" - Əraqçi 13:53 BTQ Ümumdünya Yerli Xalqlar Günü ilə bağlı paylaşım edib 13:26 Sumqayıtda yaşayış binasında YANĞIN: 6 sakin təxliyə olundu 12:53 Sabah Bakıda hava necə olacaq? 12:50 Müctəba Xamenei aylar sonra ÜZƏ ÇIXDI -VİDEO 12:31 Tehrandakı alışqan zavodunda YANĞIN – VİDEO 12:00 Azərbaycan XİN-dən Sinqapura Müstəqillik Günü təbriki 12:06 Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik etdi 12:03 Matteo Ruceri "Atletiko"dan AYRILIR? – 20 milyon avroluq transferin detalları 11:33 Azərbaycan səfiri Naqasaki qubernatoru ilə görüşdü 10:59 Keçmiş ABŞ Prezidentinin vəziyyəti AĞIRLAŞDI 10:39 Vens Modi ilə telefon danışığı apardı - Nələr müzakirə olundu? 10:31 Bütün Xəbərlər