Meşə fondu ərazisində inşa edilən qanunsuz tikililər söküldü

Meşə fondu ərazisində inşa edilən qanunsuz tikililər söküldü
19.02.2026 17:59

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən keçirilmiş birgə monitorinqlər nəticəsində Qəbələ rayonunun meşə fondu torpaqlarında qanun pozuntusu aşkar edilib.

TodayPress TV xəbər verir ki, Qəbələ rayonu, Vəndam meşəbəyliyinin 86-cı kvartalında yerləşən və 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi (RMTM) tərəfindən turizm-rekreasiya məqsədilə istifadəyə verilmiş 0,6 hektar sahədə sahibkar tərəfindən müqavilə şərtləri kobud şəkildə pozularaq qanunsuz tikinti işləri aparılıb.

Monitorinq zamanı məlum olub ki, meşə fondu torpağında əsaslı tikinti aparılaraq 8x10x3 metr ölçülərində daş materialdan inşa edilmiş tikili, eləcə də təqribən 10x20 metr ölçüdə dəmir konstruksiyalar vasitəsilə quraşdırılmış avtodayanacaq sahəsi yaradılıb. Qeyd olunan tikinti işləri nəticəsində meşə əmələgəlmə prosesi məhdudlaşdırılıb, torpaq örtüyünə müdaxilə edilib və meşə fonduna ziyan vurulub.

15 saylı RMTM tərəfindən aşkar edilmiş qanun pozuntusu dərhal aktlaşdırılıb, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq meşə fonduna dəymiş ziyan hesablanıb və sahibkara rəsmi qaydada izah edilib. Görülmüş operativ tədbirlər nəticəsində qanunsuz tikililər və konstruksiyalar dərhal sökülmüş, ərazi əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq bərpa tədbirlərinə başlanılıb.

Bir daha ictimaiyyətin diqqətinə çatdırılır ki, meşə fondu torpaqlarında hər hansı tikinti və torpaq işlərinin aparılması yalnız qanunvericiliyin tələblərinə və bağlanmış müqavilələrin şərtlərinə ciddi riayət olunmaqla mümkündür. Əks halda, qanun pozuntularına yol verən şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən ölkə ərazisində meşə fondunun qorunması, qanunsuz müdaxilələrin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində monitorinq və nəzarət tədbirləri davam etdirilir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 Bütün Xəbərlər