Mənzillərə oğurluq məqsədilə girməyə cəhd edən şəxs saxlanıldı- VİDEO

Mənzillərə oğurluq məqsədilə girməyə cəhd edən şəxs saxlanıldı- VİDEO
05.03.2026 23:30

Paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər edən şəxs barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən TodayPress TV-yə  verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M.Xurşudov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs binalarda açıq qapı aşkar etdikdə, evlərə daxil olaraq oğurluq etməyi planlaşdırıb.

Şübhəli şəxsin digər bir nəfərlə mənzillərin qapılarını yoxladığı, oğurluq niyyəti ilə etdiyi hərəkətlər, həmçinin onların mənzillərin giriş qapılarının fotoşəkillərini çəkmələri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

"Nərimanov Rayon Polis İdarəsində şübhəli şəxslə bağlı hüquqi məsuliyyət tədbirləri davam etdirilir. M.Xurşudovun digər analoji əməllərdə iştirak edib-etmədiyi yoxlanılır.

vətəndaşlara müraciət edərək bir daha tövsiyə edirik ki, mənzillərin giriş qapılarını açıq saxlamasınlar, yaşayış binalarının girişlərinə və bloklara naməlum şəxslərin daxil olmasına diqqət yetirsinlər, şəxsi əmlakın təhlükəsizliyinə ciddi yanaşsınlar. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal polisə məlumat versinlər", - deyə məlumatda bildirilir.


TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 Bütün Xəbərlər