Məhkəmədə Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabatı nümayiş olundu

Məhkəmədə Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabatı nümayiş olundu
16.05.2025 15:24

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhali qətlə yetirməsini əks etdirən sənədləri məhkəmədə tədqiq olunub. 

TodayPress TV Xəbər verir ki, hesabatda bildirilir ki, Ermənistan ordusu Azərbaycanın mülkü əhalisini Qarabağda ələ keçirdiyi bütün ərazilərdən qovub, onlar mülkü əhalini girov götürüb, qaçıb canını qurtarmağa çalışarkən insanları heç bir fərq qoymadan güllələyiblər. 

Təşkilatın hesabatında genişmiqyaslı talan və mülki əhalinin əmlakının məhv edilməsi, Ağdamın Ermənistan ordusu tərəfindən 1993-cü ilin iyul ayında ələ keçirilməsi, şəhərin talan edilməsi barədə məqamlar yer alıb.  Hesabatda Ermənistan silahlı qüvvələrinin Qarabağda baş vermiş döyüşlərdə iştirakı tədqiq olunur.

Vurğulanıb ki, Azərbaycanın mülki əhalisinin heç bir fərq qoyulmadan atəşə tutulması, bombardman olunması, insanların məcburi şəkildə yerini dəyişməsinə səbəb olub. “Mülki əhali girov götürülüb, əmlakı talan edilib və yandırılıb” deyə bildirilib. 

Bundan əlavə, hesabatda həmin dövrdə Ermənistan Respublikasının hərbi cinayətlər törətməsi ilə bağlı Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması göstərilib.

Hesabatda Ermənistan ordusunun hərbi qaydaları pozması, müharibə cinayətləri törətməsi halları qeyd olunur.  Girovlarlara, müharibə əsrlərinə düzgün şəkildə davranılmaması və onların öldürülməsi kimi hallar da sənəddə öz əksini tapıb. 

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

XƏBƏR LENTİ
30 IYUL 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Bütün Xəbərlər