Külli miqdarda saxta aksiz markalı alkoqollu içki dövriyyədən çıxarıldı

Külli miqdarda saxta aksiz markalı alkoqollu içki dövriyyədən çıxarıldı
29.08.2025 13:51

Bu ilin iyul - avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müxtəlif sahibkarlıq subyektlərində həyata keçirdiyi əməliyyat və operativ vergi nəzarəti tədbirləri nəticəsində külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlayaraq dövriyyədən çıxarıb.

TodayPress TV quruma istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda Tanrıverdiyev Hüseyn Allahverdi oğluna məxsus satış obyektində 840 ədəd, Abşeron rayonu, Xırdalan şəhərində Bağırov Asif Vasil oğluna məxsus satış obyekti və anbarında 1 491 ədəd, Abşeron rayonu, Mehdiabad qəsəbəsində Osmanov Kamran Mair oğlunun və Rəsulov Orxan Valeh oğlunun satış obyektlərində müvafiq olaraq 383 və 169 ədəd, Qusar rayonunda "P1ONEER" MMC-yə  aid anbarda və Aydınov Fətulla Abdulla oğluna məxsus satış obyektində müvafiq olaraq 3 012 və 608 ədəd, Göyçay rayonunda isə Məmmədov Elvin Əlövsət oğluna məxsus satış obyektində 49 ədəd olmaqla ümumilikdə 6 552 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki aşkarlanaraq götürülüb.

Bundan başqa, paytaxtın Maştağa qəsəbəsində keçirilmiş əməliyyat tədbirləri zamanı Rəhimov İsrafil Əvəz oğlu və Məmişov Elgün Əlixan oğlunun kustar üsulla alkoqollu içki istehsalı ilə məşğul olduqları və həmin məhsullara saxta aksiz markaları tətbiq etdikləri aşkarlanıb. Keçirilmiş əməliyyat təbdiri zamanı 12 700 ədəd saxta aksiz markası, saxta aksiz markaları ilə markalanmış 2 604 ədəd alkoqollu içki, həmçinin alkoqollu içki istehsalı prosesində istifadə olunan avadanlıq, xammal və digər mallar aşkar edilərək götürülüb.

"Aksiz markalarının tətbiqi bu sahədə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə fiskal nəzarətin təmin edilməsi ilə yanaşı, həm də ictimai sağlamlığın qorunması, mənşəyi məlum olmayan, keyfiyyətsiz və insan həyatı üçün təhlükə yaradan məhsulların istehlak bazarından çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunan hüquqpozmaların qarşısının alınması məqsədilə genişmiqyaslı vergi nəzarəti tədbirləri bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək və qanunsuz fəaliyyət göstərən şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün zəruri tədbirləri görüləcək", - deyə məlumatda qeyd olunub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Bütün Xəbərlər