İş adamının külli miqdarda pulunu ələ keçirən şəxslərin məhkəməsi keçirilir

İş adamının külli miqdarda pulunu ələ keçirən şəxslərin məhkəməsi keçirilir
18.12.2025 14:59

Azərbaycanda iş adamının külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verib.

Təqsirləndirilən Seymur Məhərrəmovun vəkili Orxan Bünyatov vəsatət verərək müvəkkili barəsində olan qətimkan tədbirinin ev dusdaqlığı ilə əvəz edilməsini xahiş edib. Vəkil bildirib ki, cinayət işi üzrə müvəkkilinə 200 min manat çatıb. Lakin müvəkkili həmin pulu özünə götürməyib və Zaur Qurbanova verib.

Seymur Məhərrəmovun digər vəkili Şaiq Mirzəyev bildirib ki, müvəkklinin himayəsində iki azyaşlı övladı və xəstə valideynləri var. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dusdalığı ilə əvəz edilməsini xahiş edib.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən qeyd edib ki, Seymur Məhərrəmov iki il ərzində ziyanı ödəməyib. O, vəsatətin təmin edilməməsini istəyib.

Vəsatətlə çıxış edən Rüstəm Qafarovun vəkili Esmira Hüseynova bildirib ki, müvəkkilinin üç mülki var: “Biz istəyir ki, həmin mülkləri ziyan əvəzi ödəyək. Bunun üçün də müvəkkilim barəsində olan həbsin ev dusdalığı ilə əvəz edilməsini xahiş edirik”.

Daha sonra Cavid Hüseynlinin vəkili vəsatətlı çıxış edərək bildirib ki, zərərçəkənə ziyanın bir qismi (927 min manat) ödənilib: "Tam ödənilməsi üçün Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirini ev dusdalığı ilə əvəz edilməsini xahiş edirəm".

Digər vəkillər də müvəkkiləri barəsində olan həbs qətimkan tədbirinin ev dusdalığı ilə əvəz edilməsini istəyiblər.

Zərərçəkən sahibkar Quvat Beybutov vəsatəta münasibət bildirərkən qeyd edib ki, yanlız Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirin dəyişdirilməsinə etiraz etmir. O, digər şəxslərlə bağlı vəsatətlərin təmin edilməməsini xahiş edib.

Dövlət ittihamçısı Cavid Hüseynli barədə vəsatətə humanist yanaşılmasını, digər vəsatətlərin təmin edilməməsini və işin baxışa verilməsini təklif edib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirə edib.

Müşavirədən sonra Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirinin ev dusdaqlığı ilə əvəzlənməsi barədə qərar verilib. O, məhkəmə zalından sərbəst buraxılıb.

Digər vəsatətlər təmin edilməyib, cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası dekabrın 25-nə təyin olunub.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. Təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçirib.

Təqsirləndirilən Ceyhun Əşrəfov Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olub. O, istintaq dövründə 515 min manat zərər ödəyib və barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq,xüsusi ilə külli miqdarda törədildikdə)maddəsi ilə ittiham edilir.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər