İnternet oyunlarına baxıb müəllimini güllələyən şagirdlə bağlı xəbər Azərbaycanda GÜNDƏM oldu

İnternet oyunlarına baxıb müəllimini güllələyən şagirdlə bağlı xəbər Azərbaycanda GÜNDƏM oldu
17.06.2026 12:54

Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Prosesdə zərərçəkən iştirak etməyib, onun nümayəndəsi kimi İsmayıl Mustafayev təqdim olunub.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə vəsatət verərək müdafiə etdiyi şəxsin yetkinlik yaşına çatmadığını deyib və proseslərin qapalı keçirilməsini xahiş edib. Bundan başqa o, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini də məhkəmədən xahiş edib.

Vəkil bildirib ki, ekspertizanın rəyinə əsasən, təqsirləndirilən şəxs əməli törədərkən anlaqlı olmayıb və zərəçəkənlə barışıq əldə olunub. Saxlanıldığı müddətdə yeniyetmənin özünü yaxşı aparması ilə bağlı arayış da təqdim olunub: "O, internetin, oyunların təsiri ilə bu əməli törədib".

R.Mirmehdizadə məhkəməyə şagirdin diplomlarını da təqdim edib.

Zərəçəkənin vəkili məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatətlə razılaşıb. Digər vəsətətə də etiraz etməyib.

Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib. İşin qapalı keçirilməsi ilə bağlı vəsatəti isə məhkəmənin mülahizəsinə buraxıb.

Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib və baxış iclası iyulun 1-nə təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət də təmin edilməyib.

Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Ə.Ş-yə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bütün Xəbərlər