İlham İsmayıl saxlanıldı

İlham İsmayıl saxlanıldı
25.09.2025 22:24

Ekspert İlham İsmayıl saxlanılıb.

TodayPress TVUnikal”a istinadən bildirir ki, ekspert dələduzluqda ittiham edilir.

Belə ki, İlham İsmayıl oğlu Cavidan İsmayılzadə vasitəsilə zərərçəkmiş Emin Məmmədzadəyə Almaniyadan avtomobil gətirəcəyinə dair vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan "Range Rover" imiş.

İ.İsmayıl E.Məmmədzadədən ilkin olaraq 20 min ABŞ dolları (34 min manat) alıb. Bir müddət sonra maşının ölkəyə gətirilmədiyini görən E.Məmmədzadə məsələ ilə bağlı polisə şikayət edib.

Dələduzluq faktı ilə əlaqədar İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. O, ötən gün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Ukraynanın keçmiş prezidenti Bakıya gəldi 15:50 Cəlilabad sakinlərinin DİQQƏTİNƏ! Sabah saat 10:00-dan… 15:37 Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat 15:28 Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü 15:10 KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar 13:53 Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI 13:41 Abdullah Zubir “Qarabağ”dan ayrıldı 13:23 Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 Bütün Xəbərlər