Ermənistan ordusunun ən böyük birləşməsinin Azərbaycanı atəşə tutmasına dair məxfi əmri məhkəmədə tədqiq edildi

Ermənistan ordusunun ən böyük birləşməsinin Azərbaycanı atəşə tutmasına dair məxfi əmri məhkəmədə tədqiq edildi
19.06.2025 20:20

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin - qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənəd tədqiq edilib.

TodayPress TV xəbər verir ki, 2020-ci il sentyabrın 25-də imzalanmış 0671 saylı sənəd “Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul edilməsi haqqında” əmr adlanır. Sənədlə, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il sentyabrın 28-dək sənədə əlavə olunmuş siyahıda göstərilən yaşayış məntəqələrinin atəşlə məhv edilməyə qəbul olunmasının təmin edilməsi əmr edilib. Əmr edilir ki, atəş üçün mövqelər hesablansın və döyüş tətbiqinə dair sənədlər tam şəkildə tərtib olunub doldurulsun. Sənədlə əmr olunur ki, artileriya hərbi hissələrində 40 kilometr məsafədə vura bilən raketlərlə atəş açmaq üçün konkret M-21 stansiyası ayrılsın: “Bu stansiya üçün nəzərdə tutulmuş 80 raketdən 40-ı daimi döyüş vəziyyətində maşınlarda saxlanılsın. Qalan 40 raket isə döyüş mövqeyinə çıxmazdan əvvəl yüklənsin”.

Əmrin icrasına nəzarət “ordunun artilleriya üzrə komandirinin müavininə” tapşırılıb.

Əmrə “atəşlə məhv edilməyə məruz qalacaq yaşayış məntəqələrinin siyahısı” da əlavə olunub. Siyahıda Azərbaycanın 70-dək yaşayış məntəqəsinin, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Beyləqan, Ağcabədi, Yevlax, Bərdə rayonarının və kəndlərinin adları yer alıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 20-də davam etdiriləcək.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Bütün Xəbərlər