Doğuş zamanı körpəsi ölən qadının vəziyyəti ağır olaraq qalır

Doğuş zamanı körpəsi ölən qadının vəziyyəti ağır olaraq qalır
29.05.2025 10:26

Sumqayıtda doğuş zamanı körpəsi ölən qadının vəziyyəti ağır olaraq qalır. 

Bu barədə TodayPress TV-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 27.05.2025-ci il tarixində saat 05:20 radələrində Ceyranbatan qəsəbəsindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub.   

Çağırış əsasında saat 05:30 radələrində ünvana təcili tibbi yardım briqadası cəlb edilib.  Hadisə yerində 2002-ci il təvəllüdlü şəxsin vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib, dölün həyat əlamətləri müşahidə edilməyib və ölü doğuş halı qeydə alınıb. 

Zahı qadın Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyent stasionar tibbi xidmətdən imtina edərək evə buraxılıb. 

Sözügedən şəxs 28.05.2025-ci il tarixində saat 10:10 radələrində isə yenidən  təcili tibbi yardım avtomobili vasitəsilə Perinatal Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.   

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. 

Qeyd edək ki, 2002-ci il təvəllüdlü şəxs hamiləlik dövründə heç bir tibb müəssisəsində qeydiyyatda olmayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUN 2026
Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 Bütün Xəbərlər