Cəlilabadda su bəndində balıqların kütləvi tələf olduğu müəyyən edildi

Cəlilabadda su bəndində balıqların kütləvi tələf olduğu müəyyən edildi
21.07.2025 07:10

Cəlilabadda göldə əsasən Daban və Çapaq balıq növlərinin tələf olduğu müəyyən edilib.

TodayPress TV xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Həmdulla Əliyev şifahi olaraq bildirib ki, adı çəkilən Pərdi kəndində su bəndi əslində süni göldür və ora heç yerdən su gəlmir:

"İki il bundan əvvəl hər şey qaydasında idi. Yağışlar yağırdı göldə su olurdu və belə problemlər üzə çıxmırdı. Bu il quraqlıq olması ilə əlaqədar süni göl quruyub və balıqlar hava çatışmamazlıqdan məhv olub. Hazırda hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirildi ki, ilkin araşdirmalar zamanı, tələf olan, əsasən Daban balığı (Carassius carassius) və Çapaq (Rutilus rutilus) növlərinin olduğu müəyyən edilib. Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, eləcə də ölmüş balıqlara pataloji yarma əməliyyatları aparılıb:

"Nümunələrin götürülməsi zamanı göldə suyun temperaturu 34°C olub. İlkin ehtimallara görə, balıqların kütləvi tələf olmasına səbəb kimi havaların kəskin istiləşməsi fonunda su hövzəsində oksigen çatışmazlığı göstərilir. Bu cür vəziyyətlər dayaz və durğun sularda balıqlar üçün təhlükə yaradır".

Araşdırmalar davam etdirilir, laborator nəticələr gözlənilir

XƏBƏR LENTİ
02 AVQUST 2026
İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 401-ci briqada cənubi Livandan çəkilir? - İsrail ordusu son nəticələri açıqladı 15:21 Xocavənddə mina partladı, əməkdaş yaralandı 15:16 Ermənistan Prezidenti Paşinyanı Baş nazir təyin etdi 14:24 "Qəbələ" Artur Mottanı heyətinə qatdı 14:57 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Bütün Xəbərlər