Azər Qasımlının işində zərərçəkmiş danışdı: "Uşağımla..."

Azər Qasımlının işində zərərçəkmiş danışdı: "Uşağımla..."
30.07.2025 16:23

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

TodayPress TV Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qurbanəli Yusifovun nümayəndəsi çıxış edib.

Nümayəndə bildirib ki, zərərçəkmişlə yeni müqavilə bağlayıb, cinayət işi ilə tanış olmayıb. O, məhkəmənin təxirə salınmasını, ona işlə tanış olması üçün vaxt verilməsini istəyib.

A.Qasımlının vəkilləri buna etiraz ediblər.

Vəsatət təmin edilməyib.

Daha sonra zərərçəkmiş qismində Q.Yusifov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə heç bir düşmənçiliyi yoxdur. Onun sözlərinə görə, dostluq münasibətləri olub və bir-birinin evinə qonaq gediblər: "Biz Real partiyasından tanış olmuşuq. Mən partiyanın iclaslarında iştirak etmişəm. Partiyadan ayrılandan sonra da münasibətlərimiz olub".

Zərərçəkmişin sözlərinə görə, A.Qasımlı ona borclu olduğunu iddia edir: "Mənim şəxsə borcum olmayıb. Bizim işbirliyimiz olub. Kriptovalyuta işi ilə əlaqəm olub. Bununla bağlı mənim çıxışlarım da var. Mən çıxışlarımda bunun qazancı olduğu kimi, risklərini də izah etmişəm. Azər Qasımlı da bu işlə məşğul olmaq istəyib. Ona da qazancla yanaşı, uduzmaq riski olduğunu demişəm. Mənim heç vaxt hesabdan çıxarış etmək imkanım olmayıb. Bununla bağlı mən kommersiya məhkəməsində demişəm".

Zərərçəkmiş qeyd edib ki, Azər Qasımlı işə 20 min dollar yatırım edib: "Sonra müharibə dövründə internet olmayan vaxt birjalarda kriptovalyutalar dəyər itirdi. Azər ziyanın əvəzi olaraq bitkoin tələb eləməyə başladı. Axırda onunla mübahisə nəticəsində pulunu qaytarmağa razılaşmışdım. Sadəcə, o məndən pul yox, bitkoin tələb edib. Birinci dəfə təzyiq altında 45 min dollar borclu olmağım barədə sənəd imzalatdırdı. O sənədi Azərin həyat yoldaşı Samirənin ofisində imzalamışam. Tez-tez zəng elədi, onun əlindən ölkədən getdim. Sonra mənə zəng edib ailə üzvlərimi hədələyirdi, uşağımı qaçıracağını deyirdi. Mənə Türkiyə nömrəsi ilə zəng edib deyirdi ki, sən harada olsan, tapacam".

Məhkəmə prosesi sentyabrın 10-da davam edəcək.

İttihama görə, Azər Qasımlı zərərçəkmiş Qurbanəli Yusifovdan hədə-qorxu yolu ilə pul tələb edib.

Belə ki, A.Qasımlı kriptovalyuta oyunları üzrə gəlir əldə etmək üçün qeydiyyatdan keçib və daha sonra tanışı Q.Yusifovun da adını qazanc əldə etmək üçün qeydiyyata salıb. Daha sonra gəlir aşağı düşdüyü üçün zərərçəkmişi günahlandırıb. Ondan 45 min ABŞ dolları tələb edib. Əks halda, özünü, ailə üzvlərini öldürəcəyi, azyaşlı uşağını oğurlatdıracağı ilə hədələyib, ondan həmin məbləği tələb etməyə başlayıb. Bundan sonra o, hədə-qorxu yolu ilə zərərçəkmişlə görüşüb, onu 10 min dollar borcu olması barədə sənədə etirafedici imza atmağa məcbur edib.

Bundan savayı, A.Qasımlı zərərçəkmiş şəxsə mesaj yazıb, azyaşlı övladının oxuduğu məktəbin yerini deməklə onu oğurladacağı ilə hədələyib. Bu yolla zərərçəkmişdən 6800 manat almağa nail olub.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O özünün zərər çəkdiyini bildirib.

XƏBƏR LENTİ
03 AVQUST 2026
İsrailin qorxduğu ssenari üzə çıxdı: 7 oktyabr təkrarlana bilər 00:04 Sumqayıtda 4 avtomobil bir-biri çırpıldı 23:55 Tramp İsraili qəzəbləndirdi - İstədiyini etmədi 23:45 Saakaşvilidən maraqlı müqayisə: “Mən Odisseyəm, onlar isə…” 23:36 Ağdamda güclü yanğın başladı - VİDEO 22:59 ABŞ “Patriot”ların sirrini Ukraynaya açacaq 22:51 Başına 5 milyon dollar qoyulan kartel lideri saxlanıldı 22:30 Pakistanda polis bölməsinin yanında dəhşətli partlayış: 14 ölü, 20 yaralı 21:55 Dənizdə boğulan üç nəfər son anda xilas edildi 21:30 İran və Oman Hörmüz üçün hərəkətə keçdi 21:05 Küləkli havada dənizdə üzən gəncin meyiti tapıldı 20:39 Gürcüstan ABŞ-dən addım gözləyir 20:12 Vətən müharibəsindən bəhs edən filmin ilk görüntüləri - VİDEO 19:55 FİFA bu şəxsə 30 milyon dollar maaş vermək istəyir 19:36 İranın “kölgədə qalan” generalı üzə çıxdı - İsraildən maraqlı DETALLAR 19:10 Yanğın söndürməyə gedən helikopterlər toqquşdu - VİDEO 18:53 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:43 Putinin generalına sui-qəsd cəhdi - DETALLAR - FOTO 18:22 Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi 17:58 Trampdan sonra hakimiyyətə gəlmək istəyən Vensin önünü nə kəsir? 17:34 Meteohəssas insanların DİQQƏTİNƏ! 17:11 Hacıqabulda dəhşətli qəza: Sürücü sağ qaldı, həyat yoldaşı isə… 16:43 44 meşə yanğını ilə bağlı 6 həbs - Ədliyyə naziri detalları açıqladı 15:54 Yuanın ticarətdəki payı artır - Beynəlxalq ödənişlərdə yeni mərhələ 15:44 Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama 15:26 Bütün Xəbərlər