Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirildi

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirildi
07.07.2025 16:31

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB-in tabeliyində olan Salyan və Ağstafa rayonları Mərkəzi Xəstəxana Publik Hüquqi şəxslərində, Ələt-Astara magistral yolunun Salyan rayonu, Kürsəngi kəndindən keçən hissəsində yerləşən DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının stasionar postunda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Lənkəran Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsində, Göyçay rayonunun Mirzəhüseynli kəndinin ərazisində Turyançay Dövlət Təbiət Qoruğunda, ETSN 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Samux meşəbəyliyində, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qovlar meşəbəyliyində, Sabirabad rayonunda yerləşən 3 Saylı Meşə Təsərrüfatı Mərkəzində yanğınlarla əlaqədar maarifləndirmə tədbirləri keçirilib.

Bundan əlavə, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Cəlilabad, Masallı və Kürdəmir rayonlarının icra hakimiyyətlərində, Muğan Regional Mərkəzində sözügedən sahələrdə çalışan məsul şəxslərin iştirakı ilə müşavirələr keçirilib.

Tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yollarından danışılıb, yanğın zamanı zəruri davranış qaydalarından söz açılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə nümayiş etdirilib.

FOTOLAR

Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirildi — 1
Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirildi — 2
Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirildi — 3
Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirildi — 4
Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirildi — 5
Yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirildi — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər