Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradıldı

Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradıldı
13.06.2025 09:48

Azərbaycan Prezidenti  cənab İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq artıq 6 ildir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla həyata keçirilir. İlk vaxtda Nərimanov rayonunda icrasına başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr imkan verdi ki, mərhələli şəkildə paytaxtın daha  8 rayonu -  Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu işlərə qoşulub.

Bu barədə TodayPress TV-yə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

İyunun 13-dən etibarən Bakının Xəzər rayonunda da layihənin icrasına başlanılıb.

Layihəyə yeni qoşulan Xəzər rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 400-dən çox konteyner meydançası yaradılıb. Bu meydançalara ilkin mərhələdə 2500 ədəd yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılıb və əraziyə cavabdeh şəxslər təyin olunub.

Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Xəzər rayonunun məhəllə və həyətlərində, qəsəbələrində görüşlər keçirilir. Bu işlərə Bakı Şəhər və Xəzər Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər sakinlərlə görüşür, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllələrdə və binaların bloklarında maarifləndirici posterlər yapışdırırlar.

Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 164 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq xidmətlərin istifadəsinə verilib və bu prosses davam edir. Son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib və bu layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcəkdir.

FOTOLAR

Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradıldı — 1
Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradıldı — 2
Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradıldı — 3
Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradıldı — 4
Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradıldı — 5
Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradıldı — 6
Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradıldı — 7
Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradıldı — 8
Xəzər rayonunda 400-dən çox zibil konteyner meydançası yaradıldı — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər