Vətənə xidmət uşaqların gözündə

Vətənə xidmət uşaqların gözündə
12.02.2026 10:56

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü ərəfəsində "Lily Art Center" uşaq incəsənət mərkəzinin təşkilatçılığı ilə tədbir keçirildi.

TodayPress TV xəbər verir ki, "Vətənə xidmət uşaqların gözündə" adlı tədbirdə məktəblilərin vətənpərvərlik, vətənə bağlılıq və hərbi xidmət mövzusunda çəkdikləri rəsm əsərləri nümayiş olundu.

Tədbirdə mərkəzin rəhbəri Aydan Abdullazadə, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı, professor, əməkdar incəsənət xadimi Ağaəli İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, şəhid ailələri, müəllimlər, valideynlər və digər qonaqlar iştirak edirdi.

Tədbirdə çıxış edən Dövlət Xidməti aparatının idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov uşaqlarda vətənpərvərlik hissi, qalib ölkənin vətəndaşı olmaq, sağlam həyat tərzi, ölkənin inkişafı, regionun lider dövləti olan Azərbaycanın nüfuzu barədə danışdı. Xalq rəssamı Ağaəli İbrahimov isə balaca rəssamlara öz məsləhət və tövsiyələrini verdi, həmçinin Xidməti 14-cü ildönümü münasibətilə təbrik etdi.

Tədbirdə gənc rəssamların təbrik videosu nümayiş olundu. Həmçinin şəhid övladlarından ibarət xorun və mərkəzin digər üzvlərinin ifasında müxtəlif mahnılar səsləndirildi. Rəsmi hissə bitdikdən sonra foyedə təşkil olunan kiçik sərgidə uşaqların rəsm əsrləri nümayiş olundu.

TodayPress TV

FOTOLAR

Vətənə xidmət uşaqların gözündə — 1
Vətənə xidmət uşaqların gözündə — 2
Vətənə xidmət uşaqların gözündə — 3
Vətənə xidmət uşaqların gözündə — 4
Vətənə xidmət uşaqların gözündə — 5
Vətənə xidmət uşaqların gözündə — 6
Vətənə xidmət uşaqların gözündə — 7
Vətənə xidmət uşaqların gözündə — 8
Vətənə xidmət uşaqların gözündə — 9
XƏBƏR LENTİ
21 IYUN 2026
"Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini uzadı 15:16 İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqladı 16:27 İran-ABŞ danışıqları başladı - YENİLƏNİB 16:00 "Sabah" basketbol klubu Andrey Voynaloviçlə yolları ayırdı 15:13 Çimərliklərə getmək istəyənlərə XƏBƏRDAQLIQ 14:45 "Bu halda danışıqlar növbəti mərhələyə keçməyəcək" - Bəqai 14:42 Millimiz Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək 14:35 Pakistan Baş naziri və ordu komandanı Venslə görüşdü 14:56 Hava ilə bağlı əhaliyə xəbərdarlıq 14:12 Bakıda dəhşətli qəza - Avtobus piyadanın üstündən keçdi - Anbaan VİDEO 14:49 Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı 14:39 İran və ABŞ arasında danışıqların proqramı məlum oldu 14:28 Pezeşkian ABŞ-la razılaşmadan danışdı: 6 milyard dolların yolu açılır 14:25 Konqoda Eboladan ölənlərin sayı AÇIQLANDI 10:48 Azərbaycana yay fəsli daxil oldu 14:14 “Friends”in rejissoru vəfat etdi 11:29 Yəmən Nümayəndələr Palatasının sədri Azərbaycana gəldi 14:58 Kürasaonun qapıçısı mundialda rekorda imza atdı 11:27 Sakinlər təşviş içində: "yadplanetli hücumu" barədə mesajlar alıblar 09:16 Yaponiyada 48 il sonra ilk dəfə bunu etdi 09:26 Külək güclənəcək,şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 14:22 Messinin 26 metrlik heykəlinin açılışı oldu 09:01 Niger Məsləhət Şurasının sədri Azərbaycana işgüzar səfərə gəldi 14:37 Qəbələdə maşın 16 yaşlı piyadanı vurdu 10:51 İran millisi ABŞ-də etirazlarla qarşılandı - FOTO 11:38 Bütün Xəbərlər