“Uşaqlarla peşəkar əlaqə” adlı multidissiplinar konfrans keçirildi

“Uşaqlarla peşəkar əlaqə” adlı multidissiplinar konfrans keçirildi
12.06.2025 09:45

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2025-ci il üçün Tədbirlər Planına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayon İcra Hakimiyyətində “Uşaqlarla peşəkar əlaqə” adlı multidissiplinar konfrans keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Konfransın əvvəlində Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.

“Uşaqların həyata dair baxışı sosial-ictimai mühitdə” adlı plenar iclasda ilk olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi,  humanitar   məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, uşaqların təlim-tərbiyə məsələlərindən danışıb, onlarla işdə daha çox örnəklərin, nümunələrin göstərilməsinin vacibliyini qeyd edib.

Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışında “valideyn, müəllim və şagird” üçlüyünün bir yerdə işləməyinin vacibliyindən, bundan əlavə məktəblərdə sosial pedaqoqların əhəmiyyətindən danışıb. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva mövzu ilə bağlı fikirlərini bölüşüb, Rayon İcra Hakimiyyətini gördüyü işlərdən, bir yerdə işlədiyi qurumlardan söz açıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva müxtəlif nümunələrlə məsələyə yanaşmasını bildirib.

“Uşaqların hüquqlarının qorunması missiyası: predmetlər və həlli yolları” adlı plenar iclasda Bakı şəhər Baş Polis İdarəsinin baş inspektoru polispolkovnik-leytenantı Kəmalə Ələkbərova, Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun əməkdaşı Xanım Əşrəfova, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Günay Abidova, Sosial Xidmətlər Agentliyi, Stasionar sosial xidmətin təşkili departamentinin müdiri Məftunə İsmayılova, Səhiyyə siyasəti şöbəsinin “Ana və uşaqların sağlamlığının qorunması” sektorunun müdiri – Aynurə Zeynalova, “Müasir təhsilsferasının uşaqların yetişməsində təsiri və rolu” adlı plenar iclasda isə Bakı Şəhər Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nuru İmanov, Abdulla Rəhimov adına 247 №-li məktəbin direktoru Sitarə Abbasova, Saleh Poladi adına 159 №-li tam orta məktəbin direktoru Gülşən Novruzova, Texniki-Humanitar Liseyin direktoru Kəmalə Mirzəyeva çıxış edərək məsələ ilə bağlı fikirlərini bölüşüblər.

Yekun dəyərləndirmə ilə bağlı fikirləri Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının  İctimai-siyasi,   humanitar   məsələlər və   dini   qurumlarla iş  şöbəsinin   müdiri Elmin İmanov səsləndirib.

Sonda – bədii hissədə rayon yaradıcılıq mərkəzlərinin şagirdləri “Vətən süitası” və “Azərbaycan bayrağı” adlı rəqs kompozisiyalarını təqdim ediblər.

 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər