Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək

Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək
03.12.2025 12:57

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) müvəqqəti ofisində Qırğızıstan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının başqanlar heyətinin üzvü Sovetbek Zakirov AQC sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Orucu ziyarət edib.

TodayPress TV xəbər verir ki, görüş zamanı Qırğızıstan nümayəndəsi ölkəsindəki qiymətləndirmə prosesləri barədə ətraflı məlumat verib. Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər birliyin daha da inkişaf etdirilməsi, qeydiyyata alınması və RİCS ilə əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıblar. Eyni zamanda, AQC ilə Qırğızıstan Qiymətləndiricilər Cəmiyyəti arasında bağlanmış ikitərəfli müqaviləyə əsasən əməkdaşlıq istiqamətləri detallı şəkildə nəzərdən keçirilib.

Görüş zamanı Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının bütün Türk coğrafiyasındakı qiymətləndirmə birliklərini əhatə etməsi, həmçinin bu proseslərin qurumun rəhbər heyətinin növbəti iclasında başlanması qərara alınıb.

Sonda Vüqar Oruc Sovetbek Zakirova ziyarəti üçün təşəkkürünü bildirib və  Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının rəhbəri olaraq onu qurum prezidentinin Orta Asiyada xüsusi səlahiyyətli nümayəndəsi təyin edib.

TodayPress TV

FOTOLAR

Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək — 1
Türk coğrafiyasındakı bütün qiymətləndiricilər vahid platformada birləşəcək — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Bütün Xəbərlər