Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?

Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
14.05.2026 14:45

İran ətrafında və Hörmüz boğazında baş verən hadisələr, ABŞ-İsrail-İran qarşıdurması və logistika yollarının tam açılmaması enerji daşıyıcılarının qiymətinə ciddi təsir göstərir. Neftin bahalaşması aviakerosinin də qiymətini artırıb və hazırda bu sahədə 40%-dən çox bahalaşma müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli qlobal enerji bazarında baş verən proseslərin aviasiya və turizm sektoruna təsirindən danışarkən deyib.

Ekspert bildirib ki, yanacaq aviaşirkətlərin uçuş qiymətlərini müəyyənləşdirməsində əsas meyarlardan birini təşkil edir:

“Aviabiletlərin maya dəyərinin təxminən 35-40%-i yanacağın payına düşür. Ona görə də yanacağın bahalaşması onların qiymət strategiyasına birbaşa təsir edir. Amma məsələ təkcə qiymət artımı deyil, hazırda aviakerosin çatışmazlığı problemi də yaşanır.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt dünyada əsas aviayanacaq ixracatçıları sırasında yer alır və regiondakı gərginlik bu tədarük zəncirinə təsir göstərir. Hazırda ABŞ Avropa bazarına daha çox aviayanacaq satmağa başlayıb və bundan əsas qazanan da Amerika şirkətləri olur. Amma yay turizm mövsümünün yaxınlaşması fonunda aviayanacaq çatışmazlığı bir çox aviaşirkəti bəzi reysləri təxirə salmağa və ya daha rentabelli istiqamətlərə üstünlük verməyə məcbur edə bilər”.

N.Cəfərli vurğulayıb ki, problemin uzanması qlobal turizm sektorunda ciddi çətinliklər yarada bilər:

“Turizm qlobal iqtisadiyyatda mühüm yer tutur və bir çox sahəni öz arxasınca aparır. Əgər münaqişə uzansa və mayın sonuna qədər vəziyyət sabitləşməsə, iyun ayından başlayacaq turizm mövsümü həm aviaşirkətlər, həm də turizm sektoru üçün ciddi problemlərlə müşayiət oluna bilər”.

Ekspert hesab edir ki, yaxın həftələrdə vəziyyətin yumşalması ehtimalı var:

“Bu vəziyyət İran üçün də ciddi iqtisadi zərbədir. Ölkə artıq uzun müddətdir blokada şəraitində yaşayır və ixrac imkanlarında problemlərlə üzləşir. ABŞ prezidentinin Çinə səfəri də Hörmüz boğazı ətrafındakı proseslərə təsir göstərə bilər. Çünki Çin də həmin marşrutda yaranan problemlərdən zərər görən əsas ölkələrdən biridir”.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 Bütün Xəbərlər