Sonuncu paneldə dayanıqlı inkişafda qadınların rolundan danışıldı

Sonuncu paneldə dayanıqlı inkişafda qadınların rolundan danışıldı
03.07.2025 16:16

İƏT Təmiz Enerji Mərkəzinin müvəqqəti icraçı direktoru Aysel Yaqubovanın moderatorluq etdiyi “Dayanıqlı inkişafda qadınların rolu” mövzusunda baş tutan sonuncu paneldə İƏT ölkələrində qadınların rəhbərlik etdiyi yaşıl biznesləri gücləndirmək üçün effektiv iqtisadi alətlər, həmçinin rəqəmsal inklüzivlik və innovasiyaların birgə əməkdaşlıq çərçivəsində daha da sürətləndirilməsi mövzusu müzakirə edilib. 

Bu barədə TodayPress TV-yə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Sessiyada Qırğızıstan Respublikasının Əmək, Sosial Müdafiə və Miqrasiya nazirinin müavini Aliza Soltonbekova, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və çoxşaxəli iqtisadi əməkdaşlıq məsələləri üzrə departamentinin direktoru Behzad Azars, İƏT Elm Fondunun Prezidenti Seyid Komail Təyyibi, BMT Sənaye İnkişafı Təşkilatının (UNIDO) Sənaye İnkişafı üzrə mütəxəssisi Tatyana Çernyavskayanın çıxışları dinlənilib. 

Müzakirələr zamanı qadınlar üçün süni intellekt sahəsində təhsilin təşviqi və təşkil olunması, eləcə də onların innovasiya ekosistemlərinə çıxışının dəstəklənməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, qadınların tədqiqat, elm və texnologiya sahələrində gücləndirilməsi, “yaşıl bacarıqlar”a çıxış imkanlarının genişləndirilməsi, təmiz enerji sektorunda qadınların iştirakının artırılmasının təşviq edilməsi, həmçinin qadınların maliyyə resurslarına çıxışının təmin olunması istiqamətində fikirlər səsləndirilib.

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər