Son altı ayda 22 minə yaxın şəxsi heyvan dişləyib

Son altı ayda 22 minə yaxın şəxsi heyvan dişləyib
16.07.2025 18:09

Son altı ayda Azərbaycanda 22 min 406 nəfərdə heyvan dişləməsi qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.

Onun sözlərinə görə, bunlardan 11 min 313 hadisə məlum heyvanlar, 9 min 215 hadisə naməlum heyvanlar tərəfindən xəsarət alanlar olub:

"Qeydə alınan dişləmə hadisələri əsasən itlər və pişiklər tərəfindən baş verib. Göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə artsa da, insanlar arasında quduzluq hadisəsi qeydə alınmayıb".

GEM rəsmisi xatırladıb ki, adətən canavar və tülkü dişləməsi nəticəsində quduzluq riski daha yüksək olur:

"Heyvan dişləməsi, cırmaqlaması və tüpürcəklənməsi hadisələri barədə müraciət olduqda tibb müəssisəsi tərəfindən məlumat yaşayış üzrə ərazi GEM-nə verilir. Hadisə qeydə alındıqda hadisənin baş verməsi barədə tam məlumat toplanılır, xəsarət almış şəxsin vaksinasiyaya cəlb olunması və kursu vaxtında tamamlanmasın üzərində nəzarət aparılır. Eyni zamanda heyvan üzərində nəzarətin təmin edilməsi üçün baytarlıq idarəsinə məlumat verilir".

A.Qurbanova həmçinin dişləmə hadisələri zamanı həkiməqədər görülən ilk tibbi tədbirləri də açıqlayıb:

"Zədə alınan nahiyə 72%-lik sabun varsa maksimum axar su altında yuyulmalıdır. Bununla virusun məhv olunmasına nail ola bilərik. Spirt, yodla da həmin an ilkin tibbi yardım edilə bilər. Artıq ikinci mərhələdə həkimə mütləq müraciət edilməlidir. Bundan sonra həkim müalicə kursu yazır. İstənilən heyvan dişləməsi, cırmaqlanma və tüpürcəkləmədə ilkin tibbi yardımdan sonra yalnız həkim nəzarətində bu vaksini vurmaq lazımdır. Xəstəyə zədələnmənin 0, 3 və 7-ci günləri antirabik vaksin vurulur. Qeyri-şərti zamanı xəstəyə zədələnmənin 0, 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur".

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər